Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Aİ ölkələri qaz qiymətinin məhdudlaşdırılmasına Rusiyanın reaksiyasından ehtiyat edirlər

© AFP 2024 / ASAAD NIAZIQaz
Qaz - Sputnik Azərbaycan, 1920, 09.09.2022
Abunə olmaq
Bir sıra Avropa İttifaqı ölkələri qazın qiymət həddinin məhdudlaşdırılması halında Rusiyanın cavab tədbirlərindən qorxurlar.
BAKI, 9 sentyabr — Sputnik. Avropa İttifaqının (Aİ) bəzi ölkələri Rusiya qazına yüksək qiymət həddinin tətbiq olunacağı təqdirdə rəsmi Moskvanın cavab tədbirləri görə biləcəyindən ehtiyat edirlər. Onlar həm də Rusiyanın mavi yanacağın tədarükünü tamamilə dayandıracağından narahatdırlar. Bu barədə "Financial Times" qəzeti Aİ-dəki mənbələrə istinadən xəbər verir.
Nəşr bildirir ki, Aİ-nin ən az on ölkəsi bütün tədarükçülər üçün ümumi məhdudiyyətlərin tərəfdarıdır. Hökumətlər qorxurlar ki, Rusiya üçün məhdudiyyətlər Moskvanı qəzəbləndirə bilər. Belə dövlətlər sırasında Yunanıstan, İtaliya və Polşanın olduğu vurğulanıb, Macarıstan, Avstriya və Hollandiya isə istənilən məhdudiyyətə qarşı çıxır.
"Düzünü desəm, Rusiya çox güman ki, cavab tədbirləri görəcək", - deyə Yunanıstan Baş nazirinin enerji məsələləri üzrə baş müşaviri Nikos Tzafos nəşrə açıqlamasında bildirib.
Nəşr qeyd edir ki, yalnız Rusiya qazı üçün qiymət həddinin tətbiqi Aİ-yə üzv olan olan 27 ölkənin hamısının təsdiqini tələb edəcək, ümumi məhdudiyyəti qəbul etmək üçün isə səs çoxluğu kifayət olacaq.
İtaliyanın ekoloji modernləşdirmə və transformasiya naziri Roberto Cinqolani məqbul qiymət tələb edərək, ümumi məhdudiyyətləri müdafiə edib. Aİ-nin adı açıqlanmayan yüksək vəzifəli rəsmisi nəşrə deyib ki, qaz tədarükünün kəsiləcəyi təqdirdə hamı domino effektindən qorxur.
"Əgər yalnız Rusiya qazının qiymət həddi məhdudlaşdırılsa, bu, digər tədarükçülərə heç bir şəkildə təsir etməyəcək, Rusiya isə qəzəblənəcək. Məsələn, Rusiya qazını idxal etməyən Portuqaliya seçicilərə nə deyəcək?", - deyə o bildirib.
Xəbər lenti
0