https://sputnik.az/20220908/ndoneziya-putinin-tehlukesizliyini-temin-etmeye-hazirdir-445817525.html
İndoneziya Putinin təhlükəsizliyini təmin etməyə hazırdır
İndoneziya Putinin təhlükəsizliyini təmin etməyə hazırdır
Sputnik Azərbaycan
Ölkənin Rusiyadakı səfiri bildirib ki, İndoneziya bütün iştirakçıların, ilk növbədə sammitə qatılmağı planlaşdıran dövlət başçılarının təhlükəsizliyinə zəmanət... 08.09.2022, Sputnik Azərbaycan
2022-09-08T11:11+0400
2022-09-08T11:11+0400
2022-09-09T19:31+0400
rusiya
rusiya prezidenti vladimir putin
indoneziya
g20
https://cdnn1.img.sputnik.az/img/07e6/09/07/445781825_0:0:3049:1716_1920x0_80_0_0_897abb56eeff31f8d176172cee0b3087.jpg
BAKI, 8 sentyabr — Sputnik. İndoneziya "G20" sammitində Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyini təmin etməyə hazırdır. Bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares Şərq iqtisadi forumu çərçivəsində Rusiya mediasına müsahibəsində bildirib."Bu il G20 sammitinə ev sahibliyi edən ölkə olaraq, əlbəttə ki, biz bütün iştirakçılar üçün təhlükəsizlik təminatları verəcəyik. İndoneziya dəfələrlə beynəlxalq görüşlərə - Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (Asia-Pacific Economic Cooperation – APEC) , Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasına (ASEAN), Şərqi Asiya ammitinə və s. ev sahibliyi edib. Təbii ki, İndoneziya bütün iştirakçıların təhlükəsizliyinə zəmanət verib. İlk növbədə bu, sammitə qatılmağı planlaşdıran dövlət başçılarına aiddir" – deyə o, bildirib.Şərq iqtisadi forumu sentyabrın 5-8-də Vladivostokun Russki adasındakı Uzaq Şərq federal universitetinin kampusunun ərazisində keçirilir.Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, RF dövlət başçısının G20 sammitində iştirak formatına qərar verilməzdən əvvəl bütün amillər, o cümlədən təhlükəsizliklə bağlı məsələlər nəzərə alınacaq.Kreml nümayəndəsi həmçinin tədbirə dəvət üçün təşkilatçı ölkəyə minnətdarlıq da ifadə edib:“İştirakımızın formatı ilə bağlı qərar vermək üçün, ən yüksək səviyyədə dəvətin olmasına baxmayaraq, qarşıdan gələn sammitə ev sahibliyi edən ölkəyə (İndoneziya - red.) minnətdarıq, bütün amillər nəzərə alınacaq. təhlükəsizlik amilləri də daxil olmaqla, əlbəttə ki, nəzərə alınmalıdır”, - deyə Peskov bildirib.
indoneziya
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/07/445781825_0:0:2731:2048_1920x0_80_0_0_567f2719f677e45c28066118c0de4a5d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya prezidenti vladimir putin, indoneziya, g20
rusiya prezidenti vladimir putin, indoneziya, g20
İndoneziya Putinin təhlükəsizliyini təmin etməyə hazırdır
11:11 08.09.2022 (Yenilənib: 19:31 09.09.2022) Ölkənin Rusiyadakı səfiri bildirib ki, İndoneziya bütün iştirakçıların, ilk növbədə sammitə qatılmağı planlaşdıran dövlət başçılarının təhlükəsizliyinə zəmanət verir.
BAKI, 8 sentyabr — Sputnik. İndoneziya "G20" sammitində Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyini təmin etməyə hazırdır. Bunu İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares Şərq iqtisadi forumu çərçivəsində Rusiya mediasına müsahibəsində bildirib.
"Bu il G20 sammitinə ev sahibliyi edən ölkə olaraq, əlbəttə ki, biz bütün iştirakçılar üçün təhlükəsizlik təminatları verəcəyik. İndoneziya dəfələrlə beynəlxalq görüşlərə - Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatına (Asia-Pacific Economic Cooperation – APEC) , Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasına (ASEAN), Şərqi Asiya ammitinə və s. ev sahibliyi edib. Təbii ki, İndoneziya bütün iştirakçıların təhlükəsizliyinə zəmanət verib. İlk növbədə bu, sammitə qatılmağı planlaşdıran dövlət başçılarına aiddir" – deyə o, bildirib.
Şərq iqtisadi forumu sentyabrın 5-8-də Vladivostokun Russki adasındakı Uzaq Şərq federal universitetinin kampusunun ərazisində keçirilir.
Xatırladaq ki, bir neçə gün əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, RF dövlət başçısının G20 sammitində iştirak formatına qərar verilməzdən əvvəl bütün amillər, o cümlədən təhlükəsizliklə bağlı məsələlər nəzərə alınacaq.
Kreml nümayəndəsi həmçinin tədbirə dəvət üçün təşkilatçı ölkəyə minnətdarlıq da ifadə edib:
“İştirakımızın formatı ilə bağlı qərar vermək üçün, ən yüksək səviyyədə dəvətin olmasına baxmayaraq, qarşıdan gələn sammitə ev sahibliyi edən ölkəyə (İndoneziya - red.) minnətdarıq, bütün amillər nəzərə alınacaq. təhlükəsizlik amilləri də daxil olmaqla, əlbəttə ki, nəzərə alınmalıdır”, - deyə Peskov bildirib.