QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Beynəlxalq səyahətçilər Ağdamda Ohanyan səddinin qalıqları ilə tanış olublar

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidDağıdılmış Ağdam şəhərinə mənzərə
Dağıdılmış Ağdam şəhərinə mənzərə - Sputnik Azərbaycan, 1920, 08.09.2022
Abunə olmaq
Xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə yanaşı, şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar
BAKI, 8 sentyabr — Sputnik. Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin (səyyah) işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.
"Report" xəbər verir ki, onlar Ağdamda ermənilərin keçilməz mif kimi təqdim etdikləri Ohanyan səddinin qalıqları ilə tanış olublar.
Onlara həmçinin minalanmış ərazilər barədə məlumat verilib.
Xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə yanaşı, şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olurlar.
Qeyd edək ki, beynəlxalq səyahətçilər 3 gün ərzində Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.
Ötən il dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil olunub. Bu səfərlərdə 25-ə yaxın ölkədən 100-dən çox beynəlxalq səyahətçi iştirak edib.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir. Beynəlxalq səyahətçilər bundan əvvəl Şuşa şəhərini ziyarət ediblər.
Xəbər lenti
0