https://sputnik.az/20220908/bakida-yeddi-muntezem-marsrut-xetti-ile-bagli-musabiqe-elan-edilib-445837496.html
Bakıda yeddi müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edilib
Bakıda yeddi müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edilib
Sputnik Azərbaycan
Müsabiqədə iştirak etmək istəyənlər sentyabrın 27-də saat 17:00-dək Bakı Nəqliyyat Agentliyinə müvafiq ərizə ilə müraciət etməlidirlər 08.09.2022, Sputnik Azərbaycan
2022-09-08T18:21+0400
2022-09-08T18:21+0400
2022-09-08T18:39+0400
bakı
paytaxt xəbərləri
marşrut
marşrut avtobusu
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438029622_0:94:1731:1069_1920x0_80_0_0_c439388f06575a918aee3e2b51715906.jpg
BAKI, 8 sentyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyinə daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha beş müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.Bu barədə Agentlikdən məlumat verilib. Müsabiqəyə çıxarılan 103, 130, 139, 149 və 206 nömrəli müntəzəm marşrut xətləridir.Müsabiqədə iştirak etmək istəyənlər sentyabrın 27-də saat 17:00-dək Bakı Nəqliyyat Agentliyinə müvafiq ərizə ilə müraciət etməlidirlər.Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi bir müddət öncə də 5-i mövcud, 2-si isə yeni təşkil olunmaqla, ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan etmişdi. Daxil olan vətəndaş müraciətləri əsasında 104, 161, 163, 166 və 189 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən onlar müsabiqəyə çıxarılıb.Eyni zamanda vətəndaşların gedişlərinin sadələşdirilməsi və sərnişin tələbatı nəzərə alınaraq metronun "Xalqlar Dostluğu" stansiyasını "Binə" Ticarət Mərkəzi ilə əlaqələndirən E1 və "Sədərək" Ticarət Mərkəzi ilə əlaqələndirən E2 nömrəli yeni sürətli rejimdə müntəzəm marşrutlar yaradılaraq istismara verilməsi də qərara alınıb.Qeyd edək ki, müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına" uyğun keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438029622_192:0:1731:1154_1920x0_80_0_0_2d927e0ca80ae9fa96eaf715fad34810.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
bakı, marşrut, marşrut avtobusu
bakı, marşrut, marşrut avtobusu
Bakıda yeddi müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edilib
18:21 08.09.2022 (Yenilənib: 18:39 08.09.2022) Müsabiqədə iştirak etmək istəyənlər sentyabrın 27-də saat 17:00-dək Bakı Nəqliyyat Agentliyinə müvafiq ərizə ilə müraciət etməlidirlər
BAKI, 8 sentyabr — Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyinə daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha beş müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan olunur.
Bu barədə Agentlikdən məlumat verilib. Müsabiqəyə çıxarılan 103, 130, 139, 149 və 206 nömrəli müntəzəm marşrut xətləridir.
Müsabiqədə iştirak etmək istəyənlər sentyabrın 27-də saat 17:00-dək Bakı Nəqliyyat Agentliyinə müvafiq ərizə ilə müraciət etməlidirlər.
Xatırladaq ki, Bakı Nəqliyyat Agentliyi bir müddət öncə də 5-i mövcud, 2-si isə yeni təşkil olunmaqla, ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan etmişdi. Daxil olan vətəndaş müraciətləri əsasında 104, 161, 163, 166 və 189 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən onlar müsabiqəyə çıxarılıb.
Eyni zamanda vətəndaşların gedişlərinin sadələşdirilməsi və sərnişin tələbatı nəzərə alınaraq metronun "Xalqlar Dostluğu" stansiyasını "Binə" Ticarət Mərkəzi ilə əlaqələndirən E1 və "Sədərək" Ticarət Mərkəzi ilə əlaqələndirən E2 nömrəli yeni sürətli rejimdə müntəzəm marşrutlar yaradılaraq istismara verilməsi də qərara alınıb.
Qeyd edək ki, müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına" uyğun keçiriləcək.