Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakı Dövlət Sirkinə "Fil və dostları" adlı beynəlxalq sirk proqramı gəlir

© Sputnik / Murad OrujovDövlət Sirki
Dövlət Sirki - Sputnik Azərbaycan, 1920, 08.09.2022
Abunə olmaq
Sirk proqramında ərəb atlarının xüsusi performansı, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastlarının fəndləri və digər beynəlxalq sirk ustalarının çıxışları bütün tamaşaçıları heyrətləndirəcək
BAKI, 8 sentyabr — Sputnik. Bakı Dövlət Sirkinə "Fil və dostları" adlı beynəlxalq sirk proqramı gəlir. Bu barədə Dövlət Sirkindən məlumat verilib.
Bildirilib ki, proqramın təşkilatçısı dünyaşöhrətli azərbaycanlı sirk ustası Allahverdi İsrafilovdur. Sirk proqramında ərəb atlarının xüsusi performansı, klounların peşəkar ustalığı, möhtəşəm illüziya şousu, hava gimnastlarının fəndləri və digər beynəlxalq sirk ustalarının çıxışları bütün tamaşaçıları heyrətləndirəcək.
Beynəlxalq sirk proqramı oktyabrın 14-dən noyabrın 27-dək davam edəcək. Proqram ilk olaraq şəhid və qazi ailələri üçün xeyriyyə məqsədi ilə nümayiş olunacaq.
Qeyd edək ki, Bakı Dövlət Sirki iyulun 15-də mövsümü bağlayıb.
Xəbər lenti
0