Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

ABŞ Ukraynadakı münaqişəni bütün gücü ilə uzatmağa çalışır - Narışkin

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin
Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin - Sputnik Azərbaycan, 1920, 08.09.2022
Abunə olmaq
Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru bildirib ki, son həftələrdə baş verən hadisələr ABŞ-ın Ukraynadakı münaqişəni bütün gücü ilə uzatmağa davam edəcəyini göstərir.
BAKI, 8 sentyabr — Sputnik. ABŞ Ukrayna qoşunlarının böyük itkilərinə və Avropadakı iqtisadi problemlərə baxmayaraq, Ukraynadakı münaqişənin uzanması üçün əlindən gələni edəcək. Bunu Rusiya Tarix Cəmiyyətinin sədri və Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin Çin Tarixi Araşdırmalar Akademiyasının prezidenti Qao Syan ilə görüşü zamanı bildirib.
"Son həftələrdə baş verən hadisələr göstərir ki, Amerika Birləşmiş Ştatları Ukrayna silahlı qüvvələrinin böyük itkiləri və ya Avropadakı peyklərinin yoxsullaşması perspektivinə baxmayaraq, Ukraynadakı münaqişəni bütün gücü ilə uzatmağa davam edəcək", - o deyib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0