Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Sabah Bakının iki rayonunda qaz olmayacaq

© AFP 2023 / INA FASSBENDERQaz plitəsi, arxiv şəkli
Qaz plitəsi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.09.2022
Abunə olmaq
"Qaz İxrac" İdarəsinə məxsus "Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS" magistral qaz kəməri dayaqlar üzərinə qaldırılacaq, "30-cu Sahə" QPS-də əlaqələndirici və əymə quraşdırılacaq
BAKI, 7 sentyabr — Sputnik. Sabah Bakının Nizami və Xətai rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, "Qaz İxrac" İdarəsinə məxsus "Böyük Şor yol qovşağı-Modul ES-30-cu Sahə QPS" magistral qaz kəmərinin dayaqlar üzərinə qaldırılması, "30-cu Sahə" QPS-də əlaqələndiricinin və əymənin quraşdırılması ilə bağlı sabah saat 08:00-dan etibarən işlər başa çatanadək "30-cu sahə", "Xətai", "Keşlə" və "Əhmədli" QPS-lərdən, magistral qaz kəmərindən qidalanan "Bakı-ES-MMC", "Azərneftyağ" (5/6 sex)", "SOCAR YDM-13", "SOCAR YDM-21" və "Körpü Tunel MMC" ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir işləri aparılan müddətdə Xətai rayonunun böyük hissəsinin, Nizami rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Xəbər lenti
0