Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya XİN sanksiyalara sərt cavab verdi: siyahı genişləndirilir

© Sputnik / Виталий БелоусовRusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli
Rusiya Xarici işlər Nazirliyinin binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.09.2022
Abunə olmaq
Rusiya XİN-in məlumatında qeyd olunur ki, Rusiyaya qarşı istənilən qeyri-dost hərəkətlər bundan sonra da sərt cavab alacaq.
BAKI, 7 sentyabr — Sputnik. Rusiya Xarici İşlər Nazirliyi Brüsselin tətbiq etdiyi sanksiyalara cavab olaraq Avropa İttifaqının ali hərbi rəhbərliyini və digərlərini sanksiya siyahısına daxil edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.
"Rusiyanın fiziki və hüquqi şəxslərinə qarşı növbəti sanksiyalara cavab olaraq, Aİ və onun üzv dövlətlərinin nümayəndələrinin olduğu sanksiya siyahısının genişləndirilməsi qərarı verilib", - məlumatda deyilir.
Siyahıya həmçinin Ukraynaya silah tədarükü ilə məşğul olan Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirliklərinin yüksək rütbəli rəsmiləri, silah və hərbi texnika istehsalı sahəsində Avropa kommersiya təşkilatlarının nümayəndələri də daxildir.
"Anti-Rusiya tədbirlərinin təşəbbüskarlarına xatırlatmaq istəyirik ki, Rusiyaya qarşı istənilən qeyri-dost hərəkətlər bundan sonra da bizim tərəfimizdən sərt cavab alacaq", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında ​​vurğulanır.
Sentyabrın 5-də Rusiya Xarici İşlər Nazirliyi ABŞ prezidenti Co Bayden administrasiyasının tətbiq etdiyi şəxsi sanksiyalara cavab olaraq 25 ABŞ vətəndaşını sanksiya siyahısına daxil edib.
Onu da xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Xəbər lenti
0