Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dolların Rusiya iqtisadiyyatına təsiri azalıb

© AP Photo / Burhan OzbiliciKassir dollarları sayır, arxiv şəkli
Kassir dollarları sayır, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.09.2022
Abunə olmaq
Beynəlxalq ödənişlərdə Çin valyutasının payı artır.
BAKI, 7 sentyabr — Sputnik. Dolların Rusiya iqtisadiyyatına təsiri rubl və yuanın xeyrinə azalacaq. Çin isə Rusiyanın əsas tərəfdaşına çevriləcək. "RİA Novosti" agentliyi xəbər verir ki, bunu Şərq İqtisadi Forumunda onlayn mətbuat konfransı zamanı "Sberbank"ın rəhbəri German Qref bildirib.
O qeyd edib ki, ölkə iqtisadiyyatı ixracyönümlüdür, indiki vəziyyətdə Rusiya Federasiyasının Şərqdəki ticarət tərəfdaşlarından asılılığı yalnız artacaq.
"Müvafiq olaraq, bu baxımdan dollar və avronun rolu yuanla əvəzlənəcək", - deyə Qref əlavə edib.
Bundan əvvəl VTB-nin rəhbəri Andrey Kostin də Şərq İqtisadi Forumunda de-dollarizasiya prosesinin başladığını bildirib.
VEB-in baş bankiri Sergey Storçak bildirib ki, Çin yuanı ən azı Böyük Avrasiya tərəfdaşlığı çərçivəsində ehtiyat valyutaya çevrilə bilər. Onun sözlərinə görə, beynəlxalq ödənişlərdə Çin valyutasının payı artır.
Xəbər lenti
0