https://sputnik.az/20220907/abs-in-cine-qarsi-texribatlara-hazir-olmasi-gerginliyin-artmasina-sebeb-olub--rusiya-xn-445784787.html
ABŞ-ın Çinə qarşı təxribatlara hazır olması gərginliyin artmasına səbəb olub – Rusiya XİN
ABŞ-ın Çinə qarşı təxribatlara hazır olması gərginliyin artmasına səbəb olub – Rusiya XİN
Sputnik Azərbaycan
Zinovyev vurğulayıb ki, Tayvan boğazında münasibətlərin tənzimlənməsi məsələsi ÇXR-in daxili işidir, Rusiyanın Tayvan məsələsində mövqeyi isə dəyişməzdir... 07.09.2022, Sputnik Azərbaycan
2022-09-07T22:53+0400
2022-09-07T22:53+0400
2022-09-07T22:53+0400
rusiya xin
rusiya
abş
çin
tayvan
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830067_0:0:3105:1748_1920x0_80_0_0_1a8fe37c19493aeca04b0942032bb86b.jpg
BAKI, 7 sentyabr — Sputnik. ABŞ-ın Pekini cilovlamaq üçün Tayvan amilindən istifadə edərək Çinə qarşı açıq təxribatlara getməyə hazır olması nəinki regionda, hətta dünyada gərginliyin artmasına səbəb olub. Bunu "RİA Novosti"yə müsahibəsində Rusiya Xarici işlər nazirliyinin Birinci Asiya departamentinin direktoru Georgi Zinovyev söyləyib.Zinovyevin sözlərinə görə, Tayvan boğazında baş verən son hadisələr ABŞ-ın Çinə qarşı açıq təxribatlara getməyə, Pekinin hərtərəfli cilovlanması siyasətində Tayvan amilindən fəal istifadə etməyə hazır olduğunu göstərib."Nəticə olaraq Asiya-Sakit okean regionunda və bütövlükdə dünyada gərginlik kəskin artıb və təhlükəsizlik aşınıb", - deyə Zinovyev bildirib.O, eyni zamanda vurğulayıb ki, Tayvan boğazında münasibətlərin tənzimlənməsi məsələsi ÇXR-in daxili işidir və Rusiyanın Tayvan məsələsində mövqeyi dəyişməzdir: dünyada yalnız bir Çin var və Tayvan onun tərkib hissəsidir.Tayvan ətrafında vəziyyət Nensi Pelosinin ora bu yaxınlarda baş tutan səfərindən sonra gərginləşib. Bu, ABŞ Nümayəndələr Palatasının sədrinin 1997-ci ildən bəri Tayvana ilk səfəri idi. Çin Prezidenti Si Tszinpin tərəfindən "yanğınla oynamağın yanmaq riski" ilə bağlı xəbərdarlıq etdiyi ABŞ administrasiyası Pekini "Vahid Çin" siyasətinə sadiqliyinə inandırıb, lakin Pelosinin qərarlarını özü verdiyini deyərək səfərlə bağlı məsələlərdən uzaq olduğunu bildirib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830067_140:0:2871:2048_1920x0_80_0_0_7c0b62c31b28780021efe6e5a81f46a8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya xin, abş, çin, tayvan
rusiya xin, abş, çin, tayvan
ABŞ-ın Çinə qarşı təxribatlara hazır olması gərginliyin artmasına səbəb olub – Rusiya XİN
Zinovyev vurğulayıb ki, Tayvan boğazında münasibətlərin tənzimlənməsi məsələsi ÇXR-in daxili işidir, Rusiyanın Tayvan məsələsində mövqeyi isə dəyişməzdir: dünyada yalnız bir Çin var və Tayvan onun tərkib hissəsidir.
BAKI, 7 sentyabr — Sputnik. ABŞ-ın Pekini cilovlamaq üçün Tayvan amilindən istifadə edərək Çinə qarşı açıq təxribatlara getməyə hazır olması nəinki regionda, hətta dünyada gərginliyin artmasına səbəb olub.
Bunu "RİA Novosti"yə müsahibəsində Rusiya Xarici işlər nazirliyinin Birinci Asiya departamentinin direktoru Georgi Zinovyev söyləyib.
Zinovyevin sözlərinə görə, Tayvan boğazında baş verən son hadisələr ABŞ-ın Çinə qarşı açıq təxribatlara getməyə, Pekinin hərtərəfli cilovlanması siyasətində Tayvan amilindən fəal istifadə etməyə hazır olduğunu göstərib.
"Nəticə olaraq Asiya-Sakit okean regionunda və bütövlükdə dünyada gərginlik kəskin artıb və təhlükəsizlik aşınıb", - deyə Zinovyev bildirib.
O, eyni zamanda vurğulayıb ki, Tayvan boğazında münasibətlərin tənzimlənməsi məsələsi ÇXR-in daxili işidir və Rusiyanın Tayvan məsələsində mövqeyi dəyişməzdir: dünyada yalnız bir Çin var və Tayvan onun tərkib hissəsidir.
Tayvan ətrafında vəziyyət Nensi Pelosinin ora bu yaxınlarda baş tutan səfərindən sonra gərginləşib. Bu, ABŞ Nümayəndələr Palatasının sədrinin 1997-ci ildən bəri Tayvana ilk səfəri idi. Çin Prezidenti Si Tszinpin tərəfindən "yanğınla oynamağın yanmaq riski" ilə bağlı xəbərdarlıq etdiyi ABŞ administrasiyası Pekini "Vahid Çin" siyasətinə sadiqliyinə inandırıb, lakin Pelosinin qərarlarını özü verdiyini deyərək səfərlə bağlı məsələlərdən uzaq olduğunu bildirib.