Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Sberbank" şirkətləri yuanla kreditləşdirmə xidmətini işə salır

© Sputnik / Александр Демьянчук500 rublluq rus əskinası fonunda 100, 50 və 20 yuanlıq Çin əskinasları.
500 rublluq rus əskinası fonunda 100, 50 və 20 yuanlıq Çin əskinasları. - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Abunə olmaq
Qurum rəsmisi Şərq iqtisadi forumunda bildirib ki, bankda Çin valyutası ilə kredit almaq mümkün olacaq.
BAKI, 6 sentyabr — Sputnik. "Sberbank"da yuanla kredit açmaq mümkün olacaq. Bunu Rusiya bankının idarə heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin Şərq iqtisadi forumunda bildirib.
"Biz artıq yuanla kredit verməyə başlayırıq və buna kifayət qədər böyük tələbat görürük", - deyə Vedyaxin bildirib.
© AFP 2024 / JURE MAKOVECSberbank
Сбербанк  - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Sberbank
Onun sözlərinə görə, "Sberbank" həmçinin, Hindistanın milli valyutası ilə də işləyir və rupi ilə kreditlərə tələbat yaranarsa, belə bir xidmət işə düşəcək.
"Biz Hindistan rupisi ilə fəal işləyirik. İndiyə qədər Hindistan rupisi ilə kreditlərə aktiv tələb olmayıb, lakin bu tələbat yaranarsa, biz də təmin etməyə hazırıq", – deyə Vedyaxin bildirib.
Bundan əvvəl Rusiyanın bir neçə bankında yuanla əmanətin qoyulmasının mümkünlüyü məlum olub.
Xəbər lenti
0