Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyada nəşr xərclərinin artması üzündən kitablar bahalaşıb

© Sputnik / Максим Блинов / Mediabanka keçidMoskvada kitab yarmarkası
Moskvada kitab yarmarkası - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Abunə olmaq
Dünyada siyasi gərginliyin kəskinləşməsindən sonra boya, kağız, yapışqan və çap xidmətlərinin qiymətləri artıb ki, bu da məhsulun son maya dəyərinə təsir göstərir.
BAKI, 6 sentyabr — Sputnik. Mütəxəssislər bir sıra amillərə görə kitabların qiymətinin qalxacağını və Rusiya bazarında məhsulların satışının azalacağını gözləyirlər. Bu barədə Rusiya mətbuatı yazır.
İlkin hesablamalara görə, 2022-ci ilin sonuna qədər satılan məhsulların həcmi cəmi 252 milyon nüsxəyə çata bilər. Bu, ötən illə müqayisədə 6% azdır.
Ekspertlər bunu rusların alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirirlər. Bundan əlavə, kitabların qiymətlərinin artması da mühüm rol oynayır. Dünyada siyasi gərginliyin kəskinləşməsindən sonra boya, kağız, yapışqan və çap xidmətlərinin qiymətləri artıb. Bu, məhsulun son maya dəyərinə təsir göstərir.
Nəşriyyatlar yaranmış vəziyyətlə əlaqədar piratlığın yayılması təhlükəsindən ehtiyat edirlər. Buna görə də bu sahədə çalışanlar hökumətin operativ addım atacağına ümid edir.
Xəbər lenti
0