https://sputnik.az/20220906/rusiya-xn-svec-ve-finlandiyanin-nato-ya-uzvluyu-ile-bagli-meseleye-munasibet-bildirdi-445729273.html
Rusiya XİN İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı məsələyə münasibət bildirdi
Rusiya XİN İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı məsələyə münasibət bildirdi
Sputnik Azərbaycan
Aleksandr Qruşko qeyd edib ki, Finlandiya və İsveçin alyansa qoşulacağı təqdirdə NATO-nun genişlənməsi Baltik dənizi regionunda hərbi vəziyyəti daha da... 06.09.2022, Sputnik Azərbaycan
2022-09-06T15:46+0400
2022-09-06T15:46+0400
2022-09-06T15:46+0400
rusiya xin
rusiya
finlandiya
isveç
nato
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830115_0:0:3015:1697_1920x0_80_0_0_52427520a664f66bd2692606f4e8bb9a.jpg
BAKI, 6 sentyabr — Sputnik. Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı təhdidlərə Rusiyanın cavabı orada xarici hərbi bazaların və silahların yerləşdirilməsindən asılı olacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İkinci Avropa Departamentinin direktoru Sergey Belyayev bildirib.O qeyd edib ki, ərizələrin ratifikasiyası hələ başa çatmayıb və buna görə də onların - əsasən Finlandiya və İsveç ərazilərində xarici hərbi bazaların, hərbi infrastrukturun və zərbə silahı sistemlərinin yerləşdirilməsi ilə bağlı olaraq alyansa inteqrasiya formatı tam başa düşülməyib."NATO-nun növbəti genişlənmə dalğası nəticəsində Rusiyaya qarşı təhdidlərin dərəcəsi və bizim tərəfimizdən real cavab tədbirləri bu amildən asılı olacaq", - deyə Belyayev "RİA Novosti"yə bildirib.İyunun 29-da alyansa üzv ölkələrin liderləri İsveç və Finlandiyanı hərbi assosiasiyaya dəvət etmək qərarına gəliblər.NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Finlandiya və İsveçin alyansa qoşulması onların Uzaq Şimalda mövqelərini gücləndirəcək.Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko qeyd edib ki, Finlandiya və İsveçin alyansa qoşulacağı təqdirdə NATO-nun genişlənməsi Baltik dənizi regionunda hərbi vəziyyəti daha da pisləşdirəcək.
https://sputnik.az/20220811/turkiye-svec-ve-finlandiya-nato-ya-uzvlukle-bagli-gorus-kecirecek-444891690.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/1e/436830115_124:0:2855:2048_1920x0_80_0_0_f9541aee2078bec48ab7b33ba3adaab9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya xin, finlandiya, isveç, nato
rusiya xin, finlandiya, isveç, nato
Rusiya XİN İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı məsələyə münasibət bildirdi
Aleksandr Qruşko qeyd edib ki, Finlandiya və İsveçin alyansa qoşulacağı təqdirdə NATO-nun genişlənməsi Baltik dənizi regionunda hərbi vəziyyəti daha da pisləşdirəcək.
BAKI, 6 sentyabr — Sputnik. Finlandiya və İsveçin NATO-ya üzv olması ilə bağlı təhdidlərə Rusiyanın cavabı orada xarici hərbi bazaların və silahların yerləşdirilməsindən asılı olacaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin İkinci Avropa Departamentinin direktoru Sergey Belyayev bildirib.
O qeyd edib ki, ərizələrin ratifikasiyası hələ başa çatmayıb və buna görə də onların - əsasən Finlandiya və İsveç ərazilərində xarici hərbi bazaların, hərbi infrastrukturun və zərbə silahı sistemlərinin yerləşdirilməsi ilə bağlı olaraq alyansa inteqrasiya formatı tam başa düşülməyib.
"NATO-nun növbəti genişlənmə dalğası nəticəsində Rusiyaya qarşı təhdidlərin dərəcəsi və bizim tərəfimizdən real cavab tədbirləri bu amildən asılı olacaq", - deyə Belyayev "RİA Novosti"yə bildirib.
İyunun 29-da alyansa üzv ölkələrin liderləri İsveç və Finlandiyanı hərbi assosiasiyaya dəvət etmək qərarına gəliblər.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Finlandiya və İsveçin alyansa qoşulması onların Uzaq Şimalda mövqelərini gücləndirəcək.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko qeyd edib ki, Finlandiya və İsveçin alyansa qoşulacağı təqdirdə NATO-nun genişlənməsi Baltik dənizi regionunda hərbi vəziyyəti daha da pisləşdirəcək.