Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

“Rus sivilizasiyası” fotoqrafların gözü ilə

© Sputnik / Евгений БиятовSərgi
Sərgi - Sputnik Azərbaycan, 1920, 06.09.2022
Abunə olmaq
Oktyabrın 5-nə qədər qəbul olunacaq işləri Rusiyada və dünyada tanınmış peşəkar fotoqraflar, rəssamlar, jurnalistlər, ictimai xadimlərin daxil olduğu münsiflər heyəti qiymətləndirəcək.
BAKI, 6 sentyabr — Sputnik. Rusiyanın Etnik Məsələlər üzrə Federal Agentliyi (EMFA) “Rusiya sivilizasiyası” VI Beynəlxalq Fotomüsabiqəsinin başlandığını elan edib. Peşəkarlar və fotoqrafiya həvəskarları işlərini beş kateqoriya üzrə müsabiqəyə təqdim edə biləcəklər:
"Unikal təbiət" («Уникальная природа»);
"Şəxslər və nəsillər" («Лица и поколения»);
"Böyük ölkənin adət-ənənələri" («Традиции большой страны»);
"Memarlıq və Heykəltəraşlıq" («Архитектура и скульптура»);
"Çoxmillətli Moskva" («Многонациональная Москва»).
Təşkilatçıların ideyasına görə, müsabiqə iştirakçıları öz fotoşəkillərində Rusiya təbiətinin gözəlliyini, nadir sənət abidələrini və müasir memarlıq strukturlarını, mədəniyyət və adət-ənənələrin parlaq rəngarəngliyini, Rusiya xalqlarının çoxmillətliliyini və orijinallığını, ölkənin sakinlərinin xarakterini və ruhunun sirlərini açmalıdır.
Yaşı 18-dən yuxarı olan fotoqraflar yaşayış yerindən və vətəndaşlığından asılı olmayaraq mükafatlar uğrunda mübarizə apara bilərlər. İştirakçı hər nominasiya üzrə son 5 ildə yaradılmış 5-ə qədər foto təqdim edə bilər.
Fotomüsabiqə mövcud olduğu müddətdə ilk dəfə olaraq bu il 7 yaşdan 17 yaşa qədər olan məktəblilərin iştirak edə biləcəyi yeni “Uşaq baxışı” nominasiyası təqdim edilir.
Təkcə Rusiyanın regionlarından deyil, dünyanın hər yerindən fotoqrafları birləşdirən müsabiqənin populyarlığı artmaqda davam edir. 2021-ci ildə dünyanın 77 ölkəsindən 5 mindən çox insan iştirakçı olub, 22,5 min fotoşəkil göndərib.
5 sentyabr 2022-ci il tarixindən etibarən Rusiyanın müxtəlif yerlərindən, yaxın və uzaq xaricdən olan peşəkar və həvəskar fotoqraflar öz müəllif fotoşəkillərini www.rucivilization.ru fotomüsabiqənin rəsmi portalına yükləyə biləcəklər.
İşlərin qəbulu 5 oktyabr 2022-ci il tarixində başa çatacaq. Sonra onları Rusiya EMFA-nın dəvəti ilə Rusiyada və dünyada tanınmış peşəkar fotoqraflar, rəssamlar, jurnalistlər, ictimai xadimlərin daxil olduğu münsiflər heyəti qiymətləndirəcək.
Mükafatlandırma mərasimi 4 noyabr Milli Birlik Günü ərəfəsində Moskvada keçiriləcək. Əvvəlki kimi ən yaxşı əsərlərə Rusiya paytaxtının məşhur məkanlarında baxmaq olar.
“Rossotrudniçestvo”nun dəstəyi ilə qaliblərin fotoşəkillərindən ibarət “Rus sivilizasiyası” sərgiləri yaxın və uzaq xarici ölkələrdə keçirilir.
Xəbər lenti
0