https://sputnik.az/20220906/putini-bu-hedde-avropa-catdirib---erdogan-qaz-bohraninin-esl-gunahkarlari-barede-445731303.html
"Putini bu həddə Avropa çatdırıb" - Ərdoğan qaz böhranının əsl günahkarları barədə
"Putini bu həddə Avropa çatdırıb" - Ərdoğan qaz böhranının əsl günahkarları barədə
Sputnik Azərbaycan
Türkiyə prezidenti bildirib ki, qışda qaz tədarükünün azalması səbəbindən yaranacaq problemlərə görə Rusiyaya sanksiya tətbiq edən Avropa günahkardır. 06.09.2022, Sputnik Azərbaycan
2022-09-06T13:27+0400
2022-09-06T13:27+0400
2022-09-06T22:24+0400
ərdoğan
rusiya
rəcəb tayyip ərdoğan
türkiyə prezidenti rəcəb tayyib ərdoğan
rusiya prezidenti vladimir putin
putin
vladimir putin
avropa
qaz
https://cdnn1.img.sputnik.az/img/07e6/08/17/445278731_0:0:3009:1693_1920x0_80_0_0_2c06ff3f9b246d17f0e7949b237e9c57.jpg
BAKI, 6 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Avropa bu qış Rusiya qazının tədarükünün azalması səbəbindən ciddi problemlərlə üzləşəcək, lakin Avropa ölkələri "öz əkdiklərini biçirlər".Türkiyə lideri sentyabrın 6-da Avropa regionuna mavi yanacağın tədarükündə yaranmış böhranla bağlı vəziyyəti şərh edib."Avropa əkdiyini biçir. Putinə qarşı Avropanın mövqeyi, sanksiya tətbiq etməsi istər-istəməz Putini də onlara qarşı “siz belə edirsinizsə, mən də belə edərəm” səviyyəsinə çatdırıb. Putin əlindəki bütün imkan və alətləri istifadə edir. Bunlardan ən önəmlisi də təbii qazdır. İstəməzdik belə olsun, amma təəssüf ki, belə bir durum Avropada formalaşıb. Avropa bu qışı çətinliklərlə keçirəcək. Ancaq bizim belə problemimiz yoxdur", - deyə Ərdoğan Türkiyənin "indiki mərhələdə qaz tədarükündə heç bir probleminin olmadığını" qeyd edib.Xatırladaq ki, bir gün əvvəl, sentyabrın 5-də Avropa diplomatiyasının rəhbəri Josep Borrel Avropa ölkələrinin sakinlərinin "qarşıdan gələn qışdan və enerji böhranının nəticələrindən çox narahat olduqlarını", həmçinin avropalıların Rusiyaya qarşı sanksiyalarından yorulduqlarını qeyd edib. Buna baxmayaraq, diplomat regionun hakimiyyət orqanlarını Avropa vətəndaşlarına "sanksiya siyasətinin zəruriliyini" izah etməyə çağırıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/17/445278731_139:0:2870:2048_1920x0_80_0_0_aa725a4c19107c6f7d5f1e827fc6f294.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya prezidenti vladimir putin, putin, vladimir putin, avropa, qaz
ərdoğan, rəcəb tayyip ərdoğan, türkiyə prezidenti rəcəb tayyib ərdoğan, rusiya prezidenti vladimir putin, putin, vladimir putin, avropa, qaz
"Putini bu həddə Avropa çatdırıb" - Ərdoğan qaz böhranının əsl günahkarları barədə
13:27 06.09.2022 (Yenilənib: 22:24 06.09.2022) Türkiyə prezidenti bildirib ki, qışda qaz tədarükünün azalması səbəbindən yaranacaq problemlərə görə Rusiyaya sanksiya tətbiq edən Avropa günahkardır.
BAKI, 6 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Avropa bu qış Rusiya qazının tədarükünün azalması səbəbindən ciddi problemlərlə üzləşəcək, lakin Avropa ölkələri "öz əkdiklərini biçirlər".
Türkiyə lideri sentyabrın 6-da Avropa regionuna mavi yanacağın tədarükündə yaranmış böhranla bağlı vəziyyəti şərh edib.
"Avropa əkdiyini biçir. Putinə qarşı Avropanın mövqeyi, sanksiya tətbiq etməsi istər-istəməz Putini də onlara qarşı “siz belə edirsinizsə, mən də belə edərəm” səviyyəsinə çatdırıb. Putin əlindəki bütün imkan və alətləri istifadə edir. Bunlardan ən önəmlisi də təbii qazdır. İstəməzdik belə olsun, amma təəssüf ki, belə bir durum Avropada formalaşıb. Avropa bu qışı çətinliklərlə keçirəcək. Ancaq bizim belə problemimiz yoxdur", - deyə Ərdoğan Türkiyənin "indiki mərhələdə qaz tədarükündə heç bir probleminin olmadığını" qeyd edib.
Xatırladaq ki, bir gün əvvəl, sentyabrın 5-də Avropa diplomatiyasının rəhbəri Josep Borrel Avropa ölkələrinin sakinlərinin "qarşıdan gələn qışdan və enerji böhranının nəticələrindən çox narahat olduqlarını", həmçinin avropalıların Rusiyaya qarşı sanksiyalarından yorulduqlarını qeyd edib. Buna baxmayaraq, diplomat regionun hakimiyyət orqanlarını Avropa vətəndaşlarına "sanksiya siyasətinin zəruriliyini" izah etməyə çağırıb.