https://sputnik.az/20220906/putin-ve-zelenski-ne-zaman-gorusecek-445728495.html
Putin və Zelenski nə zaman görüşəcək?
Putin və Zelenski nə zaman görüşəcək?
Sputnik Azərbaycan
Rusiya Prezidentinin köməkçisi bildirib ki, görüş xatirinə görüş heç kimə lazım deyil və ən yüksək səviyyədə təsbit edilə bilən sazişlərin təməli qoyulmalıdır. 06.09.2022, Sputnik Azərbaycan
2022-09-06T15:30+0400
2022-09-06T15:30+0400
2022-09-06T15:30+0400
rusiya prezidenti vladimir putin
rusiya
vladimir zelenski
ukrayna
dmitri peskov
vladimir putinin köməkçisi dmitri peskov
peskov
https://cdnn1.img.sputnik.az/img/42255/99/422559990_0:0:3147:1771_1920x0_80_0_0_b7238be824f93760fd0c2a3fcf6d675a.jpg
BAKI, 6 sentyabr — Sputnik. Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskinin görüşməsi üçün konsolidasiya olunacaq sazişlər üçün zəmin yaratmaq lazımdır, lakin bu haqda hələ danışıqlar yoxdur. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya"ya müsahibəsində danışıb."Görüş xatirinə görüş heç kimə lazım deyil. Belə bir görüşün baş tutması və belə bir görüş ideyasının gündəmdə olması üçün iş görülməli və ən yüksək səviyyədə təsbit edilə bilən sazişlərin təməli qoyulmalıdır. Hələlik bu haqda heç bir söhbət yoxdur", - deyə o bildirib.Bundan əvvəl Dmitri Peskov bildirmişdi ki, Vladimir Putin 2022-ci ilin sonuna qədər Federal Məclisə müraciətlə çıxış edəcək. Rusiya prezidentinin mətbuat katibi onu da bildirib ki, Putinlə birbaşa xətt də baş tutacaq, lakin bunun nə vaxt olacağı hələ məlum deyil.Peskov həmçinin bildirib ki, Ukrayna və bir çox başqa ölkələr sentyabrın əvvəlində Zaporojye Atom Elektrik Stansiyasına baş çəkmiş Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) missiyasının hesabatının açıqlanmasından əvvəl əsəbidirlər.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42255/99/422559990_227:0:2958:2048_1920x0_80_0_0_e5e90de957690004a3b908e5faef9ce3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya prezidenti vladimir putin, vladimir zelenski, ukrayna, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, peskov
rusiya prezidenti vladimir putin, vladimir zelenski, ukrayna, dmitri peskov, vladimir putinin köməkçisi dmitri peskov, peskov
Putin və Zelenski nə zaman görüşəcək?
Rusiya Prezidentinin köməkçisi bildirib ki, görüş xatirinə görüş heç kimə lazım deyil və ən yüksək səviyyədə təsbit edilə bilən sazişlərin təməli qoyulmalıdır.
BAKI, 6 sentyabr — Sputnik. Rusiya və Ukrayna liderləri Vladimir Putin və Volodimir Zelenskinin görüşməsi üçün konsolidasiya olunacaq sazişlər üçün zəmin yaratmaq lazımdır, lakin bu haqda hələ danışıqlar yoxdur. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov "İzvestiya"ya müsahibəsində danışıb.
"Görüş xatirinə görüş heç kimə lazım deyil. Belə bir görüşün baş tutması və belə bir görüş ideyasının gündəmdə olması üçün iş görülməli və ən yüksək səviyyədə təsbit edilə bilən sazişlərin təməli qoyulmalıdır. Hələlik bu haqda heç bir söhbət yoxdur", - deyə o bildirib.
Bundan əvvəl Dmitri Peskov bildirmişdi ki, Vladimir Putin 2022-ci ilin sonuna qədər Federal Məclisə müraciətlə çıxış edəcək. Rusiya prezidentinin mətbuat katibi onu da bildirib ki, Putinlə birbaşa xətt də baş tutacaq, lakin bunun nə vaxt olacağı hələ məlum deyil.
Peskov həmçinin bildirib ki, Ukrayna və bir çox başqa ölkələr sentyabrın əvvəlində Zaporojye Atom Elektrik Stansiyasına baş çəkmiş Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) missiyasının hesabatının açıqlanmasından əvvəl əsəbidirlər.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.