Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova Fransa xarici işlər nazirinin hədələrinə cavab verib

© Photo : Press service of the Ministry of Foreign Affairs of the Russian FederationZaxarova
Zaxarova - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
Zaxarova Aİ ölkələrinin kin və sanksiyalardan başqa heç nələrinin qalmadığını bildirib
BAKI, 5 sentyabr — Sputnik. Rusiya Xarici Işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Rusiyaya qarşı yeni sanksiyalarla bağlı açıqlamalarına münasibət bildirib. Diplomatın sözlərinə görə, Qərbin sanksiyalardan başqa aləti qalmayıb.
"Onların başqa heç nələri yoxdur. Az qala unutdum: həm də kin, çox kin, lap çox kin var", - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi "Telegram" kanalında yazıb.
Xatırladaq ki, Fransanın xarici işlər naziri Ketrin Kolonna bir müddət əvvəl Avropa İttifaqının Rusiyaya qarşı yeni, o cümlədən, ayrı-ayrı sanksiyaların tətbiqi variantları olduğunu bildirib.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Avropa İttifaqına üzv ölkələrin vətəndaşlarının anti-Rusiya sanksiyaları məhdudiyyətlərindən yorulduğunu, eləcə də qarşıdan gələn qışla bağlı narahatlıqlarını etiraf edib. Diplomat avropalılara "sanksiya siyasətinin zəruriliyini" izah edəcəyinə söz verib.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova  - Sputnik Azərbaycan, 1920, 24.08.2022
RUSİYA
Zaxarova Latviya hakimiyyətinə xəbərdarlıq edib
Xəbər lenti
0