Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Xarici siyasət konsepsiyasının qəbulu ilə bağlı tələskənliyimiz yoxdur - Peskov

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
Rusiya prezidentinin mətbuat katibi bildirib ki, nəzərə alınmalı olan yeni dünya reallığı yaranır, ona görə də bu iş davam edir.
BAKI, 5 sentyabr — Sputnik. Rusiyanın xarici siyasətinin konsepsiyası yekunlaşdırılır, onun qəbulu baxımından heç bir tələskənlik yoxdur. TASS agentliyi-nin xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Məsələ ondan ibarətdir ki, ümumiyyətlə, beynəlxalq münasibətlərin və xarici siyasətin mənzərəsi çox sürətlə dəyişir. Nəzərə alınmalı olan yeni dünya reallığı yaranır, ona görə də bu iş davam edir", - deyə o bildirib.
Peskov irəli qaçmamağa çağırıb: onun sözlərinə görə, konsepsiyanın qəbulu baxımından heç bir tələskənlik yoxdur.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin bir qədər əvvəl qeyd etdiyi kimi, NATO məntiqə və sağlam düşüncəyə zidd olaraq Rusiya sərhədlərinə yaxınlaşmaqda davam edir.
NATO-nun yeni strateji konsepsiyasında Rusiyanı təşkilatın təhlükəsizliyinə ən ciddi təhdid adlandırıblar.
Xəbər lenti
0