Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Tbilisi prospektində məhdudiyyət tam aradan qaldırıldı - DYP məlumat yaydı

© Sputnik / Murad OrujovBakının Tbilisi prospekti, arxiv şəkli
Bakının Tbilisi prospekti, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi bildirib ki, təmir işlərinin aparıldığı müddətdə sutka ərzində xidmətə cəlb olunan YPX əməkdaşları sürücü və piyadaların yoldan təhlükəsiz və fasiləsiz istifadəsi üçün şərait yaradıb.
BAKI, 5 sentyabr — Sputnik. Paytaxtın Tbilisi prospektində tətbiq olunan məhdudiyyət tam aradan qaldırılıb. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.
O bildirib ki, prospektdə görülən təmir-bərpa işləri hazırda hərəkət iştirakçılarının yoldan rahat və təhlükəsiz istifadəsinə imkan yaradıb:

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir işləri sözügedən prospektdə hərəkət intensivliyi nəzərə alınaraq əsasən gecə saatlarında, eləcə də həftəsonları icra edilərək qısa müddət ərzində yekunlaşıb. Zərurət yarandığı hallarda gecə saatlarında başlanılan təmir işlərinin icrası gündüz saatlarında da davam etdirilib. Bütün bu müddət ərzində hərəkət iştirakçılarının təhlükəsizliyi üçün DYP tərəfindən qabaqlayıcı tədbirlər görülüb".

İdarə rəsmisinin sözlərinə görə, təmirlə əlaqədar yolda tətbiq olunan məhdudiyyətlər, eləcə də hərəkətin təşkili ilə bağlı görülən tədbirlər barədə DYP tərəfindən əvvəlcədən ictimaiyyətə geniş məlumat verilib:
"Bundan əlavə, təmir işlərinin aparıldığı müddətdə sutka ərzində xidmətə cəlb olunan YPX əməkdaşları sürücü və piyadaların yoldan təhlükəzsiz və fasiləsiz istifadəsi üçün şərait yaradıb, bütün qüvvə və vasitələrdən istifadə olunmaqla hərəkət iştirakçılarının məmnunluğu təmin edilib".
"Bu barədə ictimaiyyət tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinə ünvanlanan çoxsaylı müraciətlərdə təmirlə əlaqədar yaranan müvəqqəti narahatlığın anlayışla qarşılandığı bildirilib və YPX əməkdaşlarının onların təhlükəsizliyi və rahatlığı üçün fasiləsiz xidmət aparması xüsusi vurğulanıb", - DYP rəsmisi vurğulayıb.
Xəbər lenti
0