https://sputnik.az/20220905/peskov-qaz-tedaruku-ile-bagli-problemler-sanksiyalar-legv-olunana-qeder-davam-edecek-445710960.html
Peskov: Qaz tədarükü ilə bağlı problemlər sanksiyalar ləğv olunana qədər davam edəcək
Peskov: Qaz tədarükü ilə bağlı problemlər sanksiyalar ləğv olunana qədər davam edəcək
Sputnik Azərbaycan
Prezidentinin mətbuat katibi vurğulayıb ki, sanksiyalar üzündən boru kəmərinin bütün fəaliyyəti ciddi texniki xidmətə ehtiyacı olan bir qurğudan asılıdır. 05.09.2022, Sputnik Azərbaycan
2022-09-05T18:15+0400
2022-09-05T18:15+0400
2022-09-05T18:15+0400
peskov
rusiya
qaz
https://cdnn1.img.sputnik.az/img/07e6/09/05/445710802_0:20:3073:1748_1920x0_80_0_0_04a85881da989310599270132bceedf4.jpg
BAKI, 5 sentyabr — Sputnik. "Şimal axını" ilə qaz tədarükü ilə bağlı problemlər boru kəmərinin qurğularına xidmət göstərilməsinə mane olan sanksiyalar aradan qaldırılana qədər davam edəcək. Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib."Nasosdakı problemlər Almaniya və Böyük Britaniya da daxil olmaqla, Qərb dövlətlərinin ölkəmizə və bir sıra şirkətlərə tətbiq etdiyi sanksiyalar səbəbindən yaranıb. Nasosla bağlı problemlərə səbəb olacaq başqa amillər yoxdur", - deyə Peskov jurnalistlərə deyib.O qeyd edib ki, sanksiyalara görə boru kəmərinin bütün fəaliyyəti bir qurğudan asılı vəziyyətdə qalıb və indi həmin qurğuya ciddi qulluq edilməlidir.Sanksiyaların işləməkdə davam etdiyini, bütün komponentlərin və montajların saxlanması ilə bağlı hər şeyə hüquqi, praktiki çaşqınlıq gətirdiklərini nəzərə alsaq, indi bu yeganə qurğuya ümid edə bilərik və necəsə onu qaydasına sala bilərik.Prezidentinin mətbuat katibi vurğulayıb ki, sanksiyalar üzündən boru kəmərinin bütün fəaliyyəti ciddi texniki xidmətə ehtiyacı olan bir qurğudan asılıdır.Peskov "Şimal axını" ilə qazın nəqli məsələsinin tamamilə sanksiyalardan asılı olduğunu və bu sanksiyaların götürüləcəyi və ya yumşaldılacağı təqdirdə tədarükün bərpa olunması ilə bağlı da suala cavab verib."Qurğulara qulluq etməyə, onların müvafiq hüquqi zəmanət olmadan köçürülməsinə, həmçinin bu hüquqi zəmanətləri verməyə mane olan Qərb dövlətlərinin tətbiq etdiyi bu sanksiyalar vəziyyəti indi gördüyümüz hala gətirib çıxarıb", - deyə Kremlin nümayəndəsi cavab verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/05/445710802_0:0:2731:2048_1920x0_80_0_0_2870ca4775c17aea514a0ab0e4b1a04e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
peskov, qaz
Peskov: Qaz tədarükü ilə bağlı problemlər sanksiyalar ləğv olunana qədər davam edəcək
Prezidentinin mətbuat katibi vurğulayıb ki, sanksiyalar üzündən boru kəmərinin bütün fəaliyyəti ciddi texniki xidmətə ehtiyacı olan bir qurğudan asılıdır.
BAKI, 5 sentyabr — Sputnik. "Şimal axını" ilə qaz tədarükü ilə bağlı problemlər boru kəmərinin qurğularına xidmət göstərilməsinə mane olan sanksiyalar aradan qaldırılana qədər davam edəcək. Bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Nasosdakı problemlər Almaniya və Böyük Britaniya da daxil olmaqla, Qərb dövlətlərinin ölkəmizə və bir sıra şirkətlərə tətbiq etdiyi sanksiyalar səbəbindən yaranıb. Nasosla bağlı problemlərə səbəb olacaq başqa amillər yoxdur", - deyə Peskov jurnalistlərə deyib.
O qeyd edib ki, sanksiyalara görə boru kəmərinin bütün fəaliyyəti bir qurğudan asılı vəziyyətdə qalıb və indi həmin qurğuya ciddi qulluq edilməlidir.
Sanksiyaların işləməkdə davam etdiyini, bütün komponentlərin və montajların saxlanması ilə bağlı hər şeyə hüquqi, praktiki çaşqınlıq gətirdiklərini nəzərə alsaq, indi bu yeganə qurğuya ümid edə bilərik və necəsə onu qaydasına sala bilərik.
Prezidentinin mətbuat katibi vurğulayıb ki, sanksiyalar üzündən boru kəmərinin bütün fəaliyyəti ciddi texniki xidmətə ehtiyacı olan bir qurğudan asılıdır.
Peskov "Şimal axını" ilə qazın nəqli məsələsinin tamamilə sanksiyalardan asılı olduğunu və bu sanksiyaların götürüləcəyi və ya yumşaldılacağı təqdirdə tədarükün bərpa olunması ilə bağlı da suala cavab verib.
"Qurğulara qulluq etməyə, onların müvafiq hüquqi zəmanət olmadan köçürülməsinə, həmçinin bu hüquqi zəmanətləri verməyə mane olan Qərb dövlətlərinin tətbiq etdiyi bu sanksiyalar vəziyyəti indi gördüyümüz hala gətirib çıxarıb", - deyə Kremlin nümayəndəsi cavab verib.