Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiyanın Kabildəki səfirliyi yanında baş vermiş partlayışda ölən və yaralananlar var

© AFP 2024 / WAKIL KOHSARKabilə mənzərə, arxiv şəkli
Kabilə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
Ötən ilin sentyabrın əvvəlində Talibanın* ilk hakimiyyəti dövründə xarici siyasətə cavabdeh olan Məhəmməd Həsən Axundun başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib.
BAKI, 5 sentyabr - Sputnik. Rusiyanın Kabildəki səfirliyi yaxınlığında baş verən partlayış nəticəsində 15-20 nəfər ölüb və ya yaralanıb. Bu barədə RİA Novosti-yə mənbəyə istinadən xəbər yayıb.
Mənbənin sözlərinə görə, partlayış rusiyalı diplomatın viza müraciət edənlərin adlarını açıqlamaq üçün çölə çıxması zamanı baş verib.
"Partlayış nəticəsində 15-20 nəfər ölüb və ya yaralanıb", - deyə mənbə bildirib.
Kabildəki nümayəndəliyin qapısında baş verən partlayış nəticəsində bir rus diplomatı və Rusiya səfirliyinin mühafizəçisi yaralanıb. Taliban* partlayış yerində şəkil çəkdirən şəxsləri saxlayıb.
*Taliban hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır
***
Əfqanıstanın paytaxtı Kabildə Rusiya səfirliyinin darvazası önündə gurultulu partlayış baş verib. Bu barədə Reuters agentliyi yerli polisə istinadən xəbər yayıb.
“Rusiya səfirliyinə yaxınlaşan kamikadze Taliban* mühafizəçiləri tərəfindən vurulub... Kamikadze-terrorçu Rusiyanın Kabildəki səfirliyinin qapısında partlayış törədib”, - deyə agentlik yazır.
Bazar ertəsi səhər saatlarında mənbə RİA Novosti-yə bildirib ki, partlayış Kabilin Rusiyanın Əfqanıstandakı səfirliyinin binasının yerləşdiyi rayonda baş verib.
Xatlırladaq ki, taliblər ötən ilin avqustun əvvəlində Əfqanıstanın hökumət qüvvələrinə qarşı hücumlarını aktivləşdiriblər və avqustun 15-də Kabilə giriblər. Ertəsi gün isə müharibənin bitdiyini elan ediblər.
Avqustun son iki həftəsində ABŞ hərbçilərinin mühafizəsi altında olan Kabilin hava limanından Qərb vətəndaşlarının və onlarla əməkdaşlıq edən əfqanların kütləvi şəkildə təxliyəsi baş tutub.
Avqustun 31-nə keçən gecə ABŞ hərbçiləri Kabil hava limanını tərk edərək Əfqanıstanda Amerikanın təxminən 20 illik hərbi mövcudluğuna son qoyublar. Sentyabrın əvvəlində Talibanın* ilk hakimiyyəti dövründə xarici siyasətə cavabdeh olan Məhəmməd Həsən Axundun başçılıq etdiyi Əfqanıstanın müvəqqəti hökumətinin tərkibi elan edilib.
*Taliban hərəkatı terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır
Xəbər lenti
0