Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Havada müşahidə edilən toz dumanı nə qədər davam edəcək? - Rəsmi açıqlama

© Sputnik / Murad OrujovBakıda dumanlı hava, arxiv şəkli
Bakıda dumanlı hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru bildirib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir.
BAKI, 5 sentyabr — Sputnik. Avtomatik stansiyalardan əldə edilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakterlidir.
"Dispers toz hissəcikləri Nizami rayonunda 1.5, Səbail rayonunda 1.6 dəfə normadan yüksək qeydə alınıb. Sinoptik vəziyyətlə əlaqədar şimal-qərb istiqamətli küləklərin güclənməsi nəticəsində tozlu hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir", - qeyd olunub.
Milli Hidrometeorologiya Xidmətindən ötən gün verilən məlumata görə, sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək. Axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 20-25° isti, gündüz 29-32° isti, Bakıda gecə 23-25° isti, gündüz 29-31° isti olacaq.
Xəbər lenti
0