Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Gündoğar ölkə" elə Rusiyadır - Vladimir Putin

© Sputnik / Алексей Куденко / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin
Rusiya Prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
Kamçatka ərazisini "unikal yer" hesab edən Rusiya lideri ilk səfərindən sonra bu torpağa aşiq olduğunu etiraf edib.
BAKI, 5 sentyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin ərazilərinin Yaponiya və Yeni Zelandiyandan daha şərqdə olduğuna işarə edərək, Rusiyanı "gündoğar ölkə" adlandırıb.
"Ümumiyyətlə, bizim yapon qonşularımızi, Yaponiyanı "gündoğar ölkə" adlandırırlar, lakin Kamçatka və ya Saxalin, məncə, Yaponiyadan daha şərqdədir, hətta daha şərqdə Yeni Zelandiyadır. Yeni Zelandiyadan şərqdə isə Çukotkadır. Orada cəmi 60 kilometrlik boğaz var - bundan sonra isə Amerika qitəsi gəlir. Bu mənada "gündoğar ölkə" elə Rusiyadır", - deyə prezident bazar ertəsi, Petropavlovsk-Kamçatskda keçirilən "Ekosistem. Qorunan Torpaq" gənclərin ümumrusiya ekoloji forumu iştirakçıları ilə görüşündə bildirib.
Rusiya lideri forum iştirakçılarına "hər şeyin heyrətamiz olduğu" Kamçatkaya sevgisini də etiraf edib:
"Kamçatka xüsusi yer, xüsusi torpaqdır. Mən Kamçatkaya ilk gəlişimdə ona aşiq oldum".
Putin hesab edir ki, Kamçatkada "xüsusi ab-hava" var, lakin "insanlar burada doğulanda, burada yaşayanda, yəqin ki, bütün bunlar adiləşir, hər şeyə öyrəşirsən".
Daha sonra RF Prezidenti uşaqlıq illərini xatırlayıb:

"Mən Leninqradda, Sankt-Peterburqda doğulub böyümüşəm və mənim üçün şəhərin sahilləri, XVII-XVIII və sonrakı əsrlərin memarlığı ilə bağlı klassik mənzərələr – bütün bunlar təbiətin və insan əməlinin heyrətamiz harmoniyasıdır. Mən bu hisslərlə yaşayır və düşünürdüm ki, yəqin hamı belə yaşayır, dünyanın hər yerində belədir. Sonra isə, böyüyəndə, ölkəni əsasən idman yarışlarında iştirak etmək üçün gəzməyə başladım, başa düşdüm ki, heç də hər şey düşündüyüm kimi deyil. İlk təəssüratımda şok vəziyyətində idim - fikirləşirdim ki, bizim ölkədə hər yerdə Leninqradda olduğu kimidir, amma xeyr, belə deyildi", - deyə Putin öz hisslərini bölüşüb.

RF dövlət başçısı onu da deyib ki, Kamçatka sakinləri "yəqin ki, hər yerdə belədir" deyə düşünə bilərlər:
"Xeyr, belə deyil! Bura unikal yerdir!"
Xəbər lenti
0