Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Donbas probleminin sülh yolu ilə həllinə dair bütün cəhdlər uğursuz alınıb - Putin

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidRusiya Prezidenti Vladimir Putin, arxiv şəkli
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 05.09.2022
Abunə olmaq
Rusiya lideri bildirib ki, Donbasda baş verən faciə 2014-cü ildə hakimiyyəti zorla ələ keçirərək hərbi əməliyyatlara başlayan neonasist rejiminin nəticəsidir.
BAKI, 5 sentyabr — Sputnik. Rusiya Prezidenti Vladimir Putin Donbasdakı faciəni Kiyevdəki neonasist rejiminin nəticəsi adlandırıb. Bu barədə Rusiya prezidenti Vladimir Putin Kamçatkada keçirilən ekoloji forumun iştirakçıları ilə görüşündə deyib.
"Donbasda baş verən faciə 2014-cü ildə hakimiyyəti zorla ələ keçirərək hərbi əməliyyatlara başlayan neonasist rejiminin nəticəsidir", - deyən dövlət başçısı vurğulayıb: "Bizim borcumuz bu insanlara kömək etməkdir".
Vladimir Putinin sözlərinə görə, Moskvanın məsələni sülh yolu ilə həll etmək cəhdləri Kiyev rejiminin mövqeyinə görə iflasa uğrayıb.
Daha sonra RF Prezidenti bildirib ki, hazırda Donbasda baş verən faciə 2014-cü ildə Ukraynada hakimiyyəti zorla ələ keçirmiş və regionda hərbi əməliyyatlara başlamış neonasist rejiminin fəaliyyətinin nəticəsidir:
“Hazırda Donbasda baş verən faciə 2014-cü ildə hakimiyyəti zorla ələ keçirmiş, sonra Donbassda hərbi əməliyyatlara başlamış, iki dəfə ağır artilleriyadan istifadə etməklə iri hərbi əməliyyatlar keçirmiş millətçi, neonasist rejimin fəaliyyətinin nəticəsidir. Bu hələ də davam edir”.
Onun sözlərinə görə, Moskvanın problemi sülh yolu ilə həll etmək cəhdləri Kiyevin mövqeyinə görə uğursuz olub.
“Əlbəttə, biz kömək etməli idik və biz Donbassda yaşayan insanlara kömək edirik”, - Putin bildirib.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0