Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukraynada əməliyyat davam edir və bütün məqsədlərə nail olunacaq - Peskov

© Sputnik / Владимир АстапковичDmitri Peskov
Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 04.09.2022
Abunə olmaq
RF Prezidentinin mətbuat katibi Almaniya və digər Avropanın faşistlərə küçələrdə nasist simvolları ilə gəzməyə və məşəl yürüşləri keçirməyə icazə verən ölkəni dəstəkləməsini tənqid edib.
BAKI, 4 sentyabr - Sputnik. Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı davam edir və onun bütün məqsədlərinə nail olunacaq. Bu barədə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov "Moskva, Kreml, Putin" proqramına müsahibəsində deyib.
"Əməliyyat öz-özünə gedir, bütün məqsədlərə nail olunacaq", - deyə o bildirib.
Prezidentin mətbuat katibinin sözlərinə görə, Moskvanın Kiyevlə söhbətinin mövzusu Rusiyanın şərtlərinin tam olaraq necə yerinə yetiriləcəyi ola bilər.
"Əlbəttə, şərtlərimizə necə əməl ediləcəyi ilə bağlı", - deyə Peskov Rusiyanın Vladimir Zelenskinin açıqlamalarından sonra onunla danışılacaq bir şeyin olub-olmaması ilə bağlı suala cavab verib.
Moskvanın şərtlərinin dəyişməz qalıb-qalmayacağı ilə bağlı suala Kremlin sözçüsü müsbət cavab verib.
“Əlbəttə,” - deyə Peskov qısaca bildirib.
Peskov kifayət qədər təmkinli mövqe tutan Angela Merkel kansler postundan getdikdən sonra Almaniyanın Ukraynaya silah tədarük etmək qərarına gəlməsinin səbəbini çətin sual adlandırıb:
"Bu, çox çətin sualdır, həqiqətən çox aktualdır və siz bu sualı verməkdə haqlısınız. Düşünmürəm ki, birmənalı cavab verə bilərəm, belə bir sual Putinə verilməlidir. Ona görə də cavab verə bilmərəm. Amma əminəm ki, Putin bacarar”, – deyə Peskov Almaniyanın Rusiyaya qarşı hazırkı mövqeyinin səbəbləri ilə bağlı sualı cavablandırarkən deyib.
© AFP 2024 / FAYEZ NURELDINEHIMARS reaktiv yaylım atəşi sistemi, arxiv şəkli
дарные системы HIMARS - Sputnik Azərbaycan, 1920, 04.09.2022
HIMARS reaktiv yaylım atəşi sistemi, arxiv şəkli
RF Prezidentinin mətbuat katibi Aİ-nin Kiyev rejiminə dəstəyi ilə bağlı və alman silahlarının rus hərbçilərinə atəş açan millətçilərin əlində olması ilə bağlı yaranmış vəziyyətin "dəhşətli" olduğunu dilə gətirib.
“Alman silahlarının həqiqətən bizim uşaqlara atəş açan millətçi əsgərlərin əlində olması dəhşətlidir. Almaniya və digər Avropa ölkələrinin faşistlərə küçələrdə faktiki nasist simvolları ilə gəzməyə və məşəl yürüşləri keçirməyə icazə verən ölkəni dəstəkləməsi heç də az qorxunc deyil”, - deyə Peskov bildirib.
Onun sözlərinə görə, buna səbəb avropalıların “qısa yaddaşı”dır.
Xəbər lenti
0