https://sputnik.az/20220904/kelbecer-istiqametinde-movqelerimiz-yeniden-atese-tutulub-445685563.html
Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
Sputnik Azərbaycan
Bir gün əvvəl də Ermənistan silahlı qüvvələri 19 dəfə atəşkəs rejimini pozublar. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab... 04.09.2022, Sputnik Azərbaycan
2022-09-04T19:59+0400
2022-09-04T19:59+0400
2022-09-04T20:06+0400
qarabağ
atəş
ermənistan
kəlbəcər
müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424818478_0:0:1001:563_1920x0_80_0_0_e1436c4e2454300ce0e0ef9708183497.jpg
BAKI, 4 sentyabr - Sputnik. Ermənistan tərəfi Azərbaycanın dövlət sərhədində təxribatlarını davam etdirirlər. Müdafiə Nazirliyindən verilən xəbərə görə, sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.Xatırladaq ki, bu gün nazirlik Ermənistan silahlı qüvvələrinin bölmələrinin sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutması barədə xəbər yayıb.Şəxsi heyət və texnikamızda itki olmayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/01/424818478_124:0:875:563_1920x0_80_0_0_42c473b5a57cb5dace42db23f4e5fe9b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
atəş, ermənistan, kəlbəcər, müdafiə nazirliyi
atəş, ermənistan, kəlbəcər, müdafiə nazirliyi
Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
19:59 04.09.2022 (Yenilənib: 20:06 04.09.2022) Bir gün əvvəl də Ermənistan silahlı qüvvələri 19 dəfə atəşkəs rejimini pozublar. Bütün hallarda Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
BAKI, 4 sentyabr - Sputnik. Ermənistan tərəfi Azərbaycanın dövlət sərhədində təxribatlarını davam etdirirlər. Müdafiə Nazirliyindən verilən xəbərə görə, sentyabrın 4-ü axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yuxarı Ayrım yaşayış məntəqələri istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Xatırladaq ki, bu gün nazirlik Ermənistan silahlı qüvvələrinin bölmələrinin sentyabr ayının 3-ü günorta saatlarından 4-ü səhər saatlarınadək Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər, Gorus və Qarakilsə rayonları istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutması barədə xəbər yayıb.
Şəxsi heyət və texnikamızda itki olmayıb.