Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Şoyqu Ukraynanın əks-hücumunun məqsədini açıqladı

© Sputnik / Mediabanka keçidRusiyanın müdafiə naziri Sergey Şoyqu
Rusiyanın müdafiə naziri Sergey Şoyqu - Sputnik Azərbaycan, 1920, 02.09.2022
Abunə olmaq
Rusiyanın müdafiə naziri bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Nikolayev-Krivoy Roq və digər istiqamətlərdə hücum cəhdi davam edir və düşmən xeyli itki verir.
BAKI, 2 sentyabr — Sputnik. Ukraynanın əks-hücumunun yeganə məqsədi Qərbdə Kiyevin Rusiyaya müqavimət göstərmək qabiliyyəti illüziyası yaratmaqdır. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu nazirlikdə keçirilən konfrans zamanı bildirib.
O qeyd edib ki, Ukrayna Silahlı Qüvvələrinin Nikolayev-Krivoy Roq və digər istiqamətlərdə hücum cəhdi davam edir və düşmən xeyli itki verir.
"Vurğulayıram ki, bu cəhd Zelenskinin ofisi tərəfindən bir məqsədlə planlaşdırılıb. Onlar Qərb kuratorları arasında Ukrayna ordusunun hücuma başlamaq qabiliyyəti ilə bağlı illüziya yaratmaq istəyirlər", - deyə Şoyqu vurğulayıb.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0