https://sputnik.az/20220902/kremlden-maqate-missiyasinin-zaporojye-aes-e-gelmesine-munasibet-445629642.html
Kremldən MAQATE missiyasının Zaporojye AES-ə gəlməsinə münasibət
Kremldən MAQATE missiyasının Zaporojye AES-ə gəlməsinə münasibət
Sputnik Azərbaycan
Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, bütün çətinliklərə və problemlərə, o cümlədən Ukrayna tərəfinin təxribatlarına baxmayaraq, bu missiyanın gəlib... 02.09.2022, Sputnik Azərbaycan
2022-09-02T15:10+0400
2022-09-02T15:10+0400
2022-09-02T15:11+0400
kreml
rusiya
maqate
vladimir putinin köməkçisi dmitri peskov
dmitri peskov
ukrayna
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445536438_0:117:3224:1931_1920x0_80_0_0_d18ab9655059f547a688539dfad47ae2.jpg
BAKI, 2 sentyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyasının Zaporojye AES-ə gəlməsini şərh edib."Missiyanın gəlişini qiymətləndirmək hələ tezdir. Ümumiyyətlə, biz bütün çətinliklərə və problemlərə, o cümlədən Ukrayna tərəfinin təxribatlarına baxmayaraq, bu missiyanın gəlib işləməyə başlamasını müsbət qiymətləndiririk. Əsas odur ki, missiya oradadır. Missiya stansiyanın vəziyyətini və nüvə təhlükəsizliyi ilə bağlı məsələləri qiymətləndirməlidir", - Kremlin sözçüsü bildirib.Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertlərdən ibarət nümayəndə heyəti sentyabrın 1-də günortadan sonra Zaporojye Atom Elektrik Stansiyasına gəlib.Bundan əvvəl MAQATE rəhbəri Rafael Qrossi Zaporojye AES-ə baş çəkdikdən sonra oradakı vəziyyətlə bağlı ilk dəyərləndirmələrini edib.Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanovun sözlərinə görə, agentliyin iki əməkdaşı daimi əsaslarla Zaporojye AES-in ərazisində qalacaq.Ukraynada nə baş verir?Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445536438_248:0:2977:2047_1920x0_80_0_0_f97c567abfed7f039a6224a9118e7de8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kreml, maqate, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, ukrayna, rusiya prezidenti vladimir putin
kreml, maqate, vladimir putinin köməkçisi dmitri peskov, dmitri peskov, ukrayna, rusiya prezidenti vladimir putin
Kremldən MAQATE missiyasının Zaporojye AES-ə gəlməsinə münasibət
15:10 02.09.2022 (Yenilənib: 15:11 02.09.2022) Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, bütün çətinliklərə və problemlərə, o cümlədən Ukrayna tərəfinin təxribatlarına baxmayaraq, bu missiyanın gəlib işləməyə başlamasını müsbət qiymətləndirirlər.
BAKI, 2 sentyabr — Sputnik. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Beynəlxalq Atom Enerjisi Agentliyinin missiyasının Zaporojye AES-ə gəlməsini şərh edib.
"Missiyanın gəlişini qiymətləndirmək hələ tezdir. Ümumiyyətlə, biz bütün çətinliklərə və problemlərə, o cümlədən Ukrayna tərəfinin təxribatlarına baxmayaraq, bu missiyanın gəlib işləməyə başlamasını müsbət qiymətləndiririk. Əsas odur ki, missiya oradadır. Missiya stansiyanın vəziyyətini və nüvə təhlükəsizliyi ilə bağlı məsələləri qiymətləndirməlidir", - Kremlin sözçüsü bildirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin ekspertlərdən ibarət nümayəndə heyəti sentyabrın 1-də günortadan sonra Zaporojye Atom Elektrik Stansiyasına gəlib.
Bundan əvvəl MAQATE rəhbəri Rafael Qrossi Zaporojye AES-ə baş çəkdikdən sonra oradakı vəziyyətlə bağlı ilk dəyərləndirmələrini edib.
Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanovun sözlərinə görə, agentliyin iki əməkdaşı daimi əsaslarla Zaporojye AES-in ərazisində qalacaq.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.