https://sputnik.az/20220901/rusiya-ve-abs-start-muqavilesi-uzre-muzakireler-aparir---ryabkov-445567561.html
"Rusiya və ABŞ START müqaviləsi üzrə müzakirələr aparır" - Ryabkov
"Rusiya və ABŞ START müqaviləsi üzrə müzakirələr aparır" - Ryabkov
Sputnik Azərbaycan
Rusiya XİN başçısınını müavini deyib ki, Moskva ilə Vaşinqton arasında təmaslarda Cenevrənin rolu kəskin şəkildə azalıb. 01.09.2022, Sputnik Azərbaycan
2022-09-01T09:00+0400
2022-09-01T09:00+0400
2022-09-01T09:00+0400
sergey ryabkov
rusiya
abş
start
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:3005:1691_1920x0_80_0_0_615cda7ec542d9a2df6a5f992c69fb66.jpg
BAKI, 1 sentyabr — Sputnik. Moskva və Vaşinqton Strateji Silahların Azaldılması Müqaviləsi üzrə məsləhət komissiyasının iclasının keçirilməsi imkanlarını müzakirə edir. Belə bir bəyanatla Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib."Bu müqavilə çərçivəsində ikitərəfli məşvərət komissiyasının növbəti iclasının təşkil edilməsi perspektivlərini nəzərdən keçiririk", - Rusiya XİN rəhbərinin müavini deyib.Ryabkov qeyd edib ki, Moskva ilə Vaşinqton arasında təmaslarda Cenevrənin rolu kəskin şəkildə azalıb, ona görə də Rusiya ABŞ-la dialoq üçün alternativ axtaracaq. Onun sözlərinə görə, bu, Ukraynada xüsusi hərbi əməliyyatın keçirilməsi məsələsində toqquşmaya görə baş verib.Xatırladaq ki, BMT Moskva və Vaşinqtonu 2026-cı ildə START-3 müqaviləsini əvəz edəcək saziş üzrə danışıqlara mümkün qədər tez başlamağa çağırıb.START müqaviləsiStrateji Silahların Azaldılması Müqaviləsi (START - Strategic Arms Reduction Treaty - red.) 2010-cu ildə imzalanıb və 2011-ci ilin 5 fevralında qüvvəyə minib.Bu sənəd Rusiya ilə ABŞ arasında silahların məhdudlaşdırılması barədə yeganə müqavilə olaraq qalır. Sazişin müddəti 2021-ci ilin fevralında başa çatır. Bundan əvvəl Prezident Donald Tramp Rusiya, Çin və ABŞ arasında yeni üçtərəfli nüvə sazişinin hazırlanması istəyindən danışmışdı. Pekin bu ideyanı rədd edib.Sazişə əsasən, tərəflərin hər biri yeddi il və ondan sonrakı müddətdə öz nüvə arsenalının ümumi sayı 700 olan qitələrarası ballistik raketdən, sualtı qayıqlardakı və ağır bombardmançılardakı ballistik raketlərdən, habelə 1550 döyüş başlığından, 800 quraşdırılmış və quraşdırılmamış raket qurğusundan artıq olmamaq şərtilə ixtisarını nəzərdə tutur.5 fevral 2018-ci il Rusiya və ABŞ-ın START-3 meyarlarına çatması üçün son tarix olaraq göstərilib.
abş
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/01/0a/438012944_0:0:2731:2048_1920x0_80_0_0_462e2cd0015b04433b0e0923971f128a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
sergey ryabkov, abş, start
sergey ryabkov, abş, start
"Rusiya və ABŞ START müqaviləsi üzrə müzakirələr aparır" - Ryabkov
Rusiya XİN başçısınını müavini deyib ki, Moskva ilə Vaşinqton arasında təmaslarda Cenevrənin rolu kəskin şəkildə azalıb.
BAKI, 1 sentyabr — Sputnik. Moskva və Vaşinqton Strateji Silahların Azaldılması Müqaviləsi üzrə məsləhət komissiyasının iclasının keçirilməsi imkanlarını müzakirə edir. Belə bir bəyanatla Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov çıxış edib.
"Bu müqavilə çərçivəsində ikitərəfli məşvərət komissiyasının növbəti iclasının təşkil edilməsi perspektivlərini nəzərdən keçiririk", - Rusiya XİN rəhbərinin müavini deyib.
Ryabkov qeyd edib ki, Moskva ilə Vaşinqton arasında təmaslarda Cenevrənin rolu kəskin şəkildə azalıb, ona görə də Rusiya ABŞ-la dialoq üçün alternativ axtaracaq. Onun sözlərinə görə, bu, Ukraynada xüsusi hərbi əməliyyatın keçirilməsi məsələsində toqquşmaya görə baş verib.
Xatırladaq ki, BMT Moskva və Vaşinqtonu 2026-cı ildə START-3 müqaviləsini əvəz edəcək saziş üzrə danışıqlara mümkün qədər tez başlamağa çağırıb.
Strateji Silahların Azaldılması Müqaviləsi (START - Strategic Arms Reduction Treaty - red.) 2010-cu ildə imzalanıb və 2011-ci ilin 5 fevralında qüvvəyə minib.
Bu sənəd Rusiya ilə ABŞ arasında silahların məhdudlaşdırılması barədə yeganə müqavilə olaraq qalır. Sazişin müddəti 2021-ci ilin fevralında başa çatır. Bundan əvvəl Prezident Donald Tramp Rusiya, Çin və ABŞ arasında yeni üçtərəfli nüvə sazişinin hazırlanması istəyindən danışmışdı. Pekin bu ideyanı rədd edib.
Sazişə əsasən, tərəflərin hər biri yeddi il və ondan sonrakı müddətdə öz nüvə arsenalının ümumi sayı 700 olan qitələrarası ballistik raketdən, sualtı qayıqlardakı və ağır bombardmançılardakı ballistik raketlərdən, habelə 1550 döyüş başlığından, 800 quraşdırılmış və quraşdırılmamış raket qurğusundan artıq olmamaq şərtilə ixtisarını nəzərdə tutur.
5 fevral 2018-ci il Rusiya və ABŞ-ın START-3 meyarlarına çatması üçün son tarix olaraq göstərilib.