https://sputnik.az/20220901/rusiya-a-ile-korpuleri-yandirmayacaq-lakin-cavab-vermek-huququnu-terk-edir---xn----445589596.html
Rusiya Aİ kimi "körpüləri yandırmayacaq" - XİN
Rusiya Aİ kimi "körpüləri yandırmayacaq" - XİN
Sputnik Azərbaycan
XİN rəsmisi Moskvanın Avropa İttifaqının Rusiya ilə sadələşdirilmiş viza rejimindən imtina etmək qərarını Rusiyanın işlərinə açıq şəkildə müdaxilə etmək cəhdi... 01.09.2022, Sputnik Azərbaycan
2022-09-01T14:24+0400
2022-09-01T14:24+0400
2022-09-01T17:03+0400
rusiya
mariya zaxarova
ai
viza
https://cdnn1.img.sputnik.az/img/07e6/07/05/443701107_0:185:2983:1863_1920x0_80_0_0_7aeabaffd252b5ebd5d84eaf4cc87255.jpg
BAKI, 1 sentyabr - Sputnik. Rusiya insanlar arasında "körpüləri yandırmaq" kimi ağılsız siyasətində Avropa İttifaqı (Aİ) kimi olmayacaq. Rusiya mediasının məlumatına görə, bunu RF Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı günü Aİ ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandırmaq planlarını şərh edərkən deyib.“Biz insanlar arasında “körpü yandırmaq” kimi əsassız siyasətdə Avropa İttifaqına bənzəməyəcəyik, eyni zamanda vətəndaşlarımızın maraqlarını qorumaq və öz milli təhlükəsizliyimizi təmin etmək üçün cavab tədbirləri görmək hüququnu özümüzdə saxlayırıq”, - deyə Zaxarova bildirib.Eyni zamanda XİN rəsmisi qeyd edib ki, Moskva Avropa İttifaqının Rusiya ilə sadələşdirilmiş viza rejimindən imtina etmək qərarında Rusiya Federasiyasının işlərinə açıq şəkildə müdaxilə etmək cəhdi görür.Onun sözlərinə görə, viza rejiminin sadələşdirilməsi sazişi həm Rusiya vətəndaşları, həm də avropalılar üçün humanitar, təhsil, işgüzar və digər səfərləri asanlaşdırmağa imkan verirdi:“Görünür, bu vəziyyət Rusiya əleyhinə olan Aİ ölkələrinə yaraşmayıb, onlar bizim ölkə vətəndaşlarını öz dövlətlərinin müstəqil xarici siyasətini, başqa ölkənin işlərini dəstəklədiklərinə görə “cəzalandırmaq” qərarına gəliblər”, - deyə Zaxarova bildirib.Xatırladaq ki, çərşənbə günü Aİ nümayəndəsi Cosef Borrell bildirib ki, quruma daxil olan ölkələr Rusiya ilə viza rejiminin sadələşdirilməsini tamamilə dayandırmaq üçün siyasi razılaşma əldə ediblər, lakin Rusiya vətəndaşlarının müəyyən kateqoriyaları hələ də Aİ vizalarını ala biləcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/05/443701107_127:0:2856:2047_1920x0_80_0_0_9838553ad3f2e7750d4ac7b98d5dbbbe.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mariya zaxarova, ai, viza
mariya zaxarova, ai, viza
Rusiya Aİ kimi "körpüləri yandırmayacaq" - XİN
14:24 01.09.2022 (Yenilənib: 17:03 01.09.2022) XİN rəsmisi Moskvanın Avropa İttifaqının Rusiya ilə sadələşdirilmiş viza rejimindən imtina etmək qərarını Rusiyanın işlərinə açıq şəkildə müdaxilə etmək cəhdi kimi dəyərləndirir.
BAKI, 1 sentyabr - Sputnik. Rusiya insanlar arasında "körpüləri yandırmaq" kimi ağılsız siyasətində Avropa İttifaqı (Aİ) kimi olmayacaq. Rusiya mediasının məlumatına görə, bunu RF Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova cümə axşamı günü Aİ ilə viza rejiminin sadələşdirilməsi sazişini dayandırmaq planlarını şərh edərkən deyib.
“Biz insanlar arasında “körpü yandırmaq” kimi əsassız siyasətdə Avropa İttifaqına bənzəməyəcəyik, eyni zamanda vətəndaşlarımızın maraqlarını qorumaq və öz milli təhlükəsizliyimizi təmin etmək üçün cavab tədbirləri görmək hüququnu özümüzdə saxlayırıq”, - deyə Zaxarova bildirib.
Eyni zamanda XİN rəsmisi qeyd edib ki, Moskva Avropa İttifaqının Rusiya ilə sadələşdirilmiş viza rejimindən imtina etmək qərarında Rusiya Federasiyasının işlərinə açıq şəkildə müdaxilə etmək cəhdi görür.
Onun sözlərinə görə, viza rejiminin sadələşdirilməsi sazişi həm Rusiya vətəndaşları, həm də avropalılar üçün humanitar, təhsil, işgüzar və digər səfərləri asanlaşdırmağa imkan verirdi:
“Görünür, bu vəziyyət Rusiya əleyhinə olan Aİ ölkələrinə yaraşmayıb, onlar bizim ölkə vətəndaşlarını öz dövlətlərinin müstəqil xarici siyasətini, başqa ölkənin işlərini dəstəklədiklərinə görə “cəzalandırmaq” qərarına gəliblər”, - deyə Zaxarova bildirib.
Xatırladaq ki, çərşənbə günü Aİ nümayəndəsi Cosef Borrell bildirib ki, quruma daxil olan ölkələr Rusiya ilə viza rejiminin sadələşdirilməsini tamamilə dayandırmaq üçün siyasi razılaşma əldə ediblər, lakin Rusiya vətəndaşlarının müəyyən kateqoriyaları hələ də Aİ vizalarını ala biləcəklər.