https://sputnik.az/20220901/peskov-qazaxistanla-bagli-suala-bele-cavab-verib-445596063.html
Peskov Qazaxıstanla bağlı suala belə cavab verib
Peskov Qazaxıstanla bağlı suala belə cavab verib
Sputnik Azərbaycan
Kreml nümayəndəsinin sözlərinə görə, Moskva ümid edir ki, Qazaxıstanla tərəfdaşlıq bütün sahələrdə inkişaf etməyə davam edəcək. 01.09.2022, Sputnik Azərbaycan
2022-09-01T20:49+0400
2022-09-01T20:49+0400
2022-09-01T20:49+0400
peskov
rusiya
qazaxıstan
əməkdaşlıq
moskva
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434823468_0:0:2640:1486_1920x0_80_0_0_fe9c7c3b2247d9214f6703f8f97daf7a.jpg
BAKI, 1 sentyabr — Sputnik. Rusiya ümid edir ki, Qazaxıstan sabit və firavan ölkə olacaq və onunla münasibətlər inkişaf edəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib."Biz ikitərəfli münasibətlərimizin gələcəyini və Qazaxıstanın özünün gələcəyini yalnız ən parlaq şəkildə görmək istəyirik. Qazaxıstan bizim böyük tərəfdaşımızdır: həm ikitərəfli, həm də inteqrasiya formatları baxımından. Bizim ikitərəfli dialoqumuzu, müttəfiqlik və tərəfdaşlığımızın əhəmiyyətini qiymətləndirmək çətindir", - deyə o bildirib.Peskovun sözlərinə görə, Moskva ümid edir ki, bu tərəfdaşlıq bütün sahələrdə inkişaf etməyə davam edəcək:"Əlbəttə ki, biz Qazaxıstanın çiçəklənən, özünə güvənən, möhkəm dayanıqlı, sabit ölkə olmasını istəyirik", - deyə o fikrini yekunlaşdırıb.Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə xalqına müraciətində siyasi islahatları elan edib, həmçinin bu ilin payızında növbədənkənar prezident seçkiləri və 2023-cü ilin birinci yarısında parlamentin aşağı palatası üçün növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/02/434823468_0:0:2640:1980_1920x0_80_0_0_2a27b3a531b45e55a3d07a70fb620e0e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
peskov, qazaxıstan, əməkdaşlıq, moskva
peskov, qazaxıstan, əməkdaşlıq, moskva
Peskov Qazaxıstanla bağlı suala belə cavab verib
Kreml nümayəndəsinin sözlərinə görə, Moskva ümid edir ki, Qazaxıstanla tərəfdaşlıq bütün sahələrdə inkişaf etməyə davam edəcək.
BAKI, 1 sentyabr — Sputnik. Rusiya ümid edir ki, Qazaxıstan sabit və firavan ölkə olacaq və onunla münasibətlər inkişaf edəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Biz ikitərəfli münasibətlərimizin gələcəyini və Qazaxıstanın özünün gələcəyini yalnız ən parlaq şəkildə görmək istəyirik. Qazaxıstan bizim böyük tərəfdaşımızdır: həm ikitərəfli, həm də inteqrasiya formatları baxımından. Bizim ikitərəfli dialoqumuzu, müttəfiqlik və tərəfdaşlığımızın əhəmiyyətini qiymətləndirmək çətindir", - deyə o bildirib.
Peskovun sözlərinə görə, Moskva ümid edir ki, bu tərəfdaşlıq bütün sahələrdə inkişaf etməyə davam edəcək:
"Əlbəttə ki, biz Qazaxıstanın çiçəklənən, özünə güvənən, möhkəm dayanıqlı, sabit ölkə olmasını istəyirik", - deyə o fikrini yekunlaşdırıb.
Xatırladaq ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkə xalqına müraciətində siyasi islahatları elan edib, həmçinin bu ilin payızında növbədənkənar prezident seçkiləri və 2023-cü ilin birinci yarısında parlamentin aşağı palatası üçün növbədənkənar seçkilərin keçiriləcəyini bəyan edib.