https://sputnik.az/20220901/maqate-rehberinden-zaporojye-aes-deki-herbi-fealliqla-bagli-aciqlama-445578034.html
MAQATE rəhbərindən Zaporojye AES-dəki hərbi fəallıqla bağlı açıqlama
MAQATE rəhbərindən Zaporojye AES-dəki hərbi fəallıqla bağlı açıqlama
Sputnik Azərbaycan
Qurum rəhbəri bildirib ki, Enerqodarda hərbi fəallığın artmasına baxmayaraq, missiya fəaliyyətini dayandırmayacaq. 01.09.2022, Sputnik Azərbaycan
2022-09-01T10:49+0400
2022-09-01T10:49+0400
2022-09-01T10:49+0400
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
aes
zaporojye
maqate
missiya
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444546249_0:160:3072:1888_1920x0_80_0_0_d2ac4e3b26f00886a4ecd5fc479add15.jpg
BAKI, 1 sentyabr — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) missiyası Enerqodardakı Zaporojye Atom Elektrik Stansiyasına (AES) yola düşüb. Bu barədə Rusiya mediası məlumat yayıb.MAQATE rəhbəri bildirib ki, Enerqodarda hərbi fəallığın artmasına baxmayaraq, missiya fəaliyyətini dayandırmayacaq.Xatırladaq ki, bir gün əvvəl, avqustun 31-də agentliyin missiyasının 19 avtomobildən ibarət karvanı Moskva vaxtı ilə saat 14.00-da Zaporojyeyə daxil olub. Ötən bazar ertəsi, avqustun 29-da təşkilatın nümayəndə heyəti Vyananı tərk edib, ertəsi gün isə Kiyevə gəlib və orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.Zaporojyeyə çatan kimi MAQATE rəhbəri bildirib ki, təşkilatın missiyası Zaporojye AES-də bir neçə gün qalmağa hazırlaşır.Rusiya Müdafiə Nazirliyi isə Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirməyə cəhd edən Ukrayna diversiya qruplarının məhv edildiyini açıqlayıb.Bildirilib ki, Ukrayna silahlı qüvvələri cümə axşamı səhər saatlarında Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirməyə cəhd edib."Bu gün Moskva vaxtı ilə saat 06:00 radələrində Ukrayna hərbçiləri 7 qayıqda 60 nəfərdən ibarət iki təxribat qrupunda Zaporojye AES-dən üç kilometr şimal-şərqdə Kaxovka su anbarının sahilinə endilər və nəzarəti ələ keçirməyə cəhd etdilər", - deyə nazirlikdən bildiriblər.Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ordu aviasiyasının tətbiqi ilə düşmənin məhv edilməsi üçün tədbirlər görülüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444546249_171:0:2902:2048_1920x0_80_0_0_e414799267a15b3c0b8abface6df6dd2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
aes, zaporojye, maqate, missiya
aes, zaporojye, maqate, missiya
MAQATE rəhbərindən Zaporojye AES-dəki hərbi fəallıqla bağlı açıqlama
Qurum rəhbəri bildirib ki, Enerqodarda hərbi fəallığın artmasına baxmayaraq, missiya fəaliyyətini dayandırmayacaq.
BAKI, 1 sentyabr — Sputnik. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) missiyası Enerqodardakı Zaporojye Atom Elektrik Stansiyasına (AES) yola düşüb. Bu barədə Rusiya mediası məlumat yayıb.
MAQATE rəhbəri bildirib ki, Enerqodarda hərbi fəallığın artmasına baxmayaraq, missiya fəaliyyətini dayandırmayacaq.
Xatırladaq ki, bir gün əvvəl, avqustun 31-də agentliyin missiyasının 19 avtomobildən ibarət karvanı Moskva vaxtı ilə saat 14.00-da Zaporojyeyə daxil olub. Ötən bazar ertəsi, avqustun 29-da təşkilatın nümayəndə heyəti Vyananı tərk edib, ertəsi gün isə Kiyevə gəlib və orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Zaporojyeyə çatan kimi MAQATE rəhbəri bildirib ki, təşkilatın missiyası Zaporojye AES-də bir neçə gün qalmağa hazırlaşır.
Rusiya Müdafiə Nazirliyi isə Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirməyə cəhd edən Ukrayna diversiya qruplarının məhv edildiyini açıqlayıb.
Bildirilib ki, Ukrayna silahlı qüvvələri cümə axşamı səhər saatlarında Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirməyə cəhd edib.
"Bu gün Moskva vaxtı ilə saat 06:00 radələrində Ukrayna hərbçiləri 7 qayıqda 60 nəfərdən ibarət iki təxribat qrupunda Zaporojye AES-dən üç kilometr şimal-şərqdə Kaxovka su anbarının sahilinə endilər və nəzarəti ələ keçirməyə cəhd etdilər", - deyə nazirlikdən bildiriblər.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ordu aviasiyasının tətbiqi ilə düşmənin məhv edilməsi üçün tədbirlər görülüb.