Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

MAQATE missiyasının Ukraynanın hücumuna məruz qalacağından narahatıq - Peskov

© Sputnik / Владимир АстапковичDmitri Peskov
Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 01.09.2022
Abunə olmaq
Rusiya Prezidentinin mətbuat katibi bildirib ki, Rusiya MAQATE missiyasının Zaporojye AES-ə gəlməsində maraqlıdır və onunla əməkdaşlığa hazırdır.
BAKI, 1 sentyabr — Sputnik. Rusiya hakimiyyəti Zaporojye atom elektrik stansiyasına gedən MAQATE missiyasının Ukraynanın təxribatlarına məruz qala biləcəyindən ehtiyatlanır. Bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Biz, şübhəsiz ki, Ukrayna tərəfinin təxribatlarından narahatıq. Nəzərə alsaq ki, vəhşi təxribat xarakterli hücumlar ümumiyyətlə dayanmır. Sabitliyi pozmağa təşəbbüslər edilir", - o bildirib.
Peskov əlavə edib ki, Rusiya MAQATE missiyasının Zaporojye AES-ə gəlməsində maraqlıdır və onunla əməkdaşlığa hazırdır:

"Biz hələ də bu missiyanı gözləyirik və əməkdaşlığa hazırıq. Biz bu missiyanın stansiyaya gəlməsində maraqlıyıq".

Təşkilatın missiyası cümə axşamı Ukraynanın nəzarətində olan Zaporojye şəhərindən Enerqodara hərəkət edib. MAQATE missiyası stansiyaya dəymiş fiziki ziyanı qiymətləndirəcək, təhlükəsizlik sistemlərinin işləmə qabiliyyətini müəyyən edəcək. Mütəxəssislər həmçinin stansiya işçilərinin iş şəraitini qiymətləndirməli və AES-in təhlükəsizliyini təmin etmək üçün təcili tədbirlər görməlidirlər.
Xatırladaq ki, bir gün əvvəl, avqustun 31-də agentliyin missiyasının 19 avtomobildən ibarət karvanı Moskva vaxtı ilə saat 14.00-da Zaporojyeyə daxil olub. Ötən bazar ertəsi, avqustun 29-da təşkilatın nümayəndə heyəti Vyananı tərk edib, ertəsi gün isə Kiyevə gəlib və orada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Zaporojyeyə çatan kimi MAQATE rəhbəri bildirib ki, təşkilatın missiyası Zaporojye AES-də bir neçə gün qalmağa hazırlaşır.
Rusiya Müdafiə Nazirliyi isə Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirməyə cəhd edən Ukrayna diversiya qruplarının məhv edildiyini açıqlayıb.
Bildirilib ki, Ukrayna silahlı qüvvələri cümə axşamı səhər saatlarında Zaporojye Atom Elektrik Stansiyasını ələ keçirməyə cəhd edib.
"Bu gün Moskva vaxtı ilə saat 06:00 radələrində Ukrayna hərbçiləri 7 qayıqda 60 nəfərdən ibarət iki təxribat qrupunda Zaporojye AES-dən üç kilometr şimal-şərqdə Kaxovka su anbarının sahilinə endilər və nəzarəti ələ keçirməyə cəhd etdilər", - deyə nazirlikdən bildiriblər.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, ordu aviasiyasının tətbiqi ilə düşmənin məhv edilməsi üçün tədbirlər görülüb.
Xəbər lenti
0