Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna HHQ-nin gələcəyi: əfqan pilotları, Slovakiya MiQ-ləri, Polşaya qaçış

© Sputnik / Стрингер / Mediabanka keçidUkrayna HHQ-nin helikopteri, arxiv şəkli
Ukrayna HHQ-nin helikopteri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
Pentaqon bir il əvvəl ABŞ-a və digər ölkələrə qaçan əfqan pilotlarını Ukrayna Silahlı Qüvvələrinə cəlb edir.
BAKI, 31 avqust — Sputnik. Əfqan təcrübəsi amerikalılara heç nə öyrətməyib. Vaşinqton hesab edir ki, müəyyən məbləğdə dollar və texnoloji cəhətdən köhnəlmiş silahların marionet Kiyev rejiminə tədarükü dünyanın ilk nüvə dövləti olan Rusiyanı məğlub etməyə imkan verəcək. Ukrayna Hərbi Hava Qüvvələrini komplektləşdirmək üçün ABŞ Slovakiyadan olan köhnə MiQ-29 reaktiv qırıcıları və müxtəlif ölkələrdə rast gəlinən Sovet dövründən qalma digər təyyarələr üçün "turbovintli" əfqan fərari pilotlarını yenidən hazırlayır. ABŞ-ın vasitəli hərbi yardımı Kiyev rejiminin fəlakətini müvəqqəti olaraq təxirə salacaq, lakin xüsusi hərbi əməliyyatın yekun nəticəsinə təsir etməyəcək.
Rusiya hərbi-diplomatik mənbəsi avqustun 29-da jurnalistlərə bildirib ki, Ukraynanın keçmiş Hərbi Hava Qüvvələrinin MiQ-29, Su-27 və Su-25 təyyarələrinin ixtisaslı uçuş heyəti Rusiya Aerokosmik Qüvvələrinin effektiv tədbirləri və hava hücumundan müdafiə sistemləri ilə faktiki olaraq məhv edilib. Sutka ərzində Zaporojye vilayətində və "DXR"də Ukraynaya məxsus iki Su-25 hücum təyyarəsi vurulub. Xüsusi hərbi əməliyyat başlayandan indiyədək 276 təyyarə, 148 helikopter və 1832 pilotsuz uçuş aparatı məhv edilib – bu rəqəmlər 500-dən çox Ukrayna Silahlı Qüvvələrinin pilotunun itkisini göstərir.
Ukrayna Prezidenti Volodimir Zelenski "Kiyev kabuslarının" çatışmazlığı problemini həll edərək, birinci və ya ikinci uçuş zamanı vurulan (Almaniyada faşist gənclər təşkilatının 17 yaşlı yeniyetmələrini xatırlayaq) Xarkov Hərbi İnstitutunun təhsilini bitirməyən kursantlarını döyüşə atıb. Ukrayna Hərbi Hava Qüvvələrinin fəlakətli itkilərini kompensasiya etmək üçün Qərb ölkələri Polşada və digər Şərqi Avropa ölkələrində müqavilə əsasında "sovet" təyyarələrinin pilotlarını işə götürməyə çalışırdılar.
Bu gün Pentaqon bir il əvvəl ABŞ-a və digər ölkələrə qaçan əfqan pilotlarını Ukrayna Silahlı Qüvvələrinə cəlb edir. Pilotların yenidən təhsili Kaliforniyada başlayır, lakin yenə də Ukrayna səmasında əfqanların olması Avropa əməliyyatlar teatrında vəziyyəti dəyişməyəcək.
ABŞ standartlarına uyğun olaraq yaradılan əfqan ordusu 2021-ci ilin avqustunda oyuncaq ev kimi dağılıb; Əfqan pilotları döyüş qabiliyyətli maşınlarla piyada taliblərdən qonşu ölkələrə qaçıbar. Pentaqonun Ukraynanı qorumaq üçün belə "mütəxəssislərin" cəlb etməsi yalnız çarəsizlik və ya reallıqdan uzaqlaşma ilə izah edilə bilər. Əfqanlar öz vətənlərində əsasən EMB-312 "Tucano" turbovintli hücum təyyarəsində (bir propeller ilə) uçublar. Belə bir pilotu reaktiv MiQ-29 və ya Su-25-ə idarə etmək üçün oturtmaq çox çətindir, demək olar ki, mümkün deyil. Rusiyanın xüsusi hərbi əməliyyatı zonasında əfqan pilotları "sovet" təyyarələrində uzun müddət uça bilməyəcəklər.
Reallığa qayıdış
Braziliyanın "Tucano" yüngül hücum təyyarələri təlim maşını kimi yaradılıb və düşmənin qırıcıları və hava hücumundan müdafiə sistemləri olmadıqda polis əməliyyatlarında yüngül hücum maşını kimi tətbiq edilib.
"Tucano"nun döyüş radiusu - 550 km, faydalı yükü - 1500 kq (toplar, pulemyotlar, aviabombalar), kreyser sürəti - 500 km/saatdır. Əfqanıstan ordusunun qırıcı təyyarələri olmayıb. Müqayisə üçün qeyd edək ki, MiQ-29-un yer səthində sürəti saatda 1500 km, maksimumu isə 2450 km/saatdır.
Qırıcı pilota keyfiyyətcə fərqli pilotluq bacarıqları lazımdır. Üstəlik, Ukraynanın MiQ-29 silah kompleksinə bu yaxınlarda 48 km məsafəyə qədər olan ABŞ-ın AGM-88 radio əleyhinə raketləri inteqrasiya olunub. Raketlərin istifadəsi elektronikanın məharətlə idarə olunmasını və düşmənin hava hücumundan müdafiə sistemləri ilə təhlükəli qarşılaşmanı bilməyi tələb edir, taliblərlə mübarizədə Əfqanıstan təcrübəsi burada kömək etməyəcək.
ABŞ-ın "Air Force Magazine" nəşri qeyd edir ki, "sovet" təyyarələrindən Qərb təyyarələrinə keçid pilotlardan düşüncə tərzini dəyişməyi və fərqli taktikalara yiyələnməyi tələb edir, bu isə asan deyil. Rumıniya Hərbi Hava Qüvvələri təxminən on ilə yaxındır ki, F-16-ya keçiblər və pilotlar hələ də lazımi hazırlıq səviyyəsinə çatmayıblar. Hər şeyi pulla almaq olmaz. Rusiyanın xüsusi hərbi əməliyyatı şəraitində Kiyevin Ukrayna Silahlı Qüvvələrinin "yenidən qurulması " üçün vaxtı yoxdur.
Slovakiya Müdafiə Nazirliyi istismardan çıxarılan MiQ-29 qırıcılarının avqustun sonu - sentyabrın əvvəlində Ukraynaya veriləcəyini (satılacağını) açıqlayıb. Təyyarələr faktiki olaraq artıq "yığılıb hazırlanmış" vəziyyətdədir, yalnız rəsmiləşdirilməsi qalıb. Yaxın gələcəkdə Ukraynanın qırıcı təyyarələr parkı doldurulacaq, lakin pul və yorğun metal öz-özünə döyüşə bilməz və təcrübəli pilotları da əvəz edə bilməz.
11 ədəd Slovakiya MiQ-29 qırıcısının Kiyevə təhvil verilməsi, əslində, yeni bir qurban vermə aktıdır. Ukraynada bu maşınları sadəcə yerləşdirmək üçün yer yoxdur, əsas bazalar məhv edilib, istənilən aerodrom Rusiyanın raket sistemlərinin çatma zonasındadır. Ukraynanın qərb regionlarından birində yeni aerodrom təchiz olunsa belə, xarici ekipajları olan onlarla Slovakiya MiQ-ləri bir həftə ərzində "demilitarizasiya" edilə bilər.
Belə ki, Rovno vilayətində son günlər NATO silahlarının çatdırıldığı və Xarkov yaxınlığında və Slavyan-Kramatorsk aqlomerasiyasının ərazisinə köçürülməsi üçün qüvvələrin cəmləşdiyi Ukrayna Silahlı Qüvvələrinin obyektlərində partlayışlar baş verir.
ABŞ və 50-yə yaxın digər ölkə Ukrayna ordusunu texnoloji cəhətdən köhnəlmiş NATO silahları ilə gücləndirməkdə kömək edir. Eyni zamanda, ABŞ F-16 qırıcılarının Kiyev rejiminə təhvil verilməsi layihəsi Konqresdə səsvermə zamanı (Ukraynalı pilotların və texniki işçilərin yenidən hazırlanması üçün 100 milyon dolların ayrılması üçün) "ilişib". Bundan sonra Vaşinqtonun nəzarəti altında olmayan Avropada hərbi gərginlik riskinin yüksək olması və ABŞ-ın Şimali Amerika ərazisi üçün birbaşa hərbi təhdidlər səbəbindən iş getmir. Hər kəsə aydındır ki, "qərar qəbuletmə mərkəzi" Kiyevdə yerləşmir.
ABŞ və NATO-nun hərbi yardımı yalnız Ukrayna Silahlı Qüvvələrinin fəlakətini müvəqqəti olaraq təxirə salmağa imkan verəcək və Rusiyanın xüsusi hərbi əməliyyatının yekun nəticəsinə təsir etməyəcək. Ukrayna Hərbi Hava Qüvvələrinin ixtisaslı uçuş heyəti məhv edilib, Qərbin Kiyev rejimi üçün silahı tükənir.
Ukrayna Silahlı Qüvvələrinin "əfqanlaşdırılması" təbii olaraq Ukrayna qoşunlarının məğlubiyyəti və Polşaya (Slovakiya, Macarıstan, Rumıniya) qaçması ilə başa çatacaq. Necə ki, əvvəllər Kabil və Sayqonda amerikalılar və amerikapərəst milli ordularla baş vermişdi.
Xəbər lenti
0