Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Tbilisi prospektində maşınların hərəkəti məhdudlaşdırılacaq

Yol - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
BAKI, 31 avqust — Sputnik. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxtın Tbilisi prospektində nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ilə bağlı məlumat yayıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, avqustun 31-i saat 00:00-dan sentyabrın 1-i saat 22:00-dək Bakı şəhərinin Tbilisi prospektinin Abbasqulu ağa Bakıxanov küçəsindən Akademik Həsən Əliyev küçəsinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Xatırladaq ki, avqustun 30-da Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospektində ("20 Yanvar" dairəsindən İzmir küçəsinədək olan hissə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı.
Xəbər lenti
0