https://sputnik.az/20220831/rusiya-xn-azerbaycan-a-dialoquna-munasibet-bildirdi-445547858.html
Rusiya XİN Azərbaycan-Aİİ dialoquna münasibət bildirdi
Rusiya XİN Azərbaycan-Aİİ dialoquna münasibət bildirdi
Sputnik Azərbaycan
Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, Azərbaycan Baş Nazirinin Avrasiya İqtisadi İttifaqının hökumət sədrlərinin iclasında iştirakını müsbət... 31.08.2022, Sputnik Azərbaycan
2022-08-31T17:07+0400
2022-08-31T17:07+0400
2022-08-31T17:07+0400
rusiya
mariya zaxarova
rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova
rusiya xin
əli əsədov
avrasiya iqtisadi ittifaqı
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444153789_0:160:3072:1888_1920x0_80_0_0_b66a80fb239ff638a0d9ccf437710cdc.jpg
BAKI, 31 avqust — Sputnik. "Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə dialoqunun hər hansı bir formatda inkişafı bütün region üçün hiss olunan effekt verə bilər".Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib."Öz tərəfimizdən Azərbaycan Baş Nazirinin Avrasiya İqtisadi İttifaqının hökumət sədrlərinin iclasında iştirakını müsbət qiymətləndiririk. Fikrimizcə, Bakı ilə Aİİ-nin əməkdaşlıq potensialı olduqca yüksəkdir. Biz bu cür əməkdaşlığın böyük perspektivini götürürük. Eləcə də, hesab edirik ki, bu əməkdaşlıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin xeyrinə olacaq. Əminik ki, Azərbaycanla Aİİ arasında nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi ölkələrimiz arasında ticarət dövriyyəsini artırmağa və birgə infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verəcək", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Baş Naziri Əli Əsədov Qırğızıstanın Çolpon-Ata şəhərində qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib.İclasda çıxış edən hökumət başçısı Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olan demək olar ki, bütün ölkələrlə sıx əlaqələrə və iqtisadi əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu münasibətlər ərazi bütövlüyünə qarşılıqlı hörmət, milli suverenlik və bir-birinin milli maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanır.
https://sputnik.az/20220830/avrasiya-inteqrasiyasi-genislenme-perspektivleri-ve-istirakci-olkeler-ucun-faydalar-445516979.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/13/444153789_171:0:2902:2048_1920x0_80_0_0_0492c232019f2cfe7ad5393828ba01d0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, rusiya xin, əli əsədov, avrasiya iqtisadi ittifaqı
mariya zaxarova, rusiya xarici işlər nazirliyinin sözçüsü mariya zaxarova, rusiya xin, əli əsədov, avrasiya iqtisadi ittifaqı
Rusiya XİN Azərbaycan-Aİİ dialoquna münasibət bildirdi
Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib ki, Azərbaycan Baş Nazirinin Avrasiya İqtisadi İttifaqının hökumət sədrlərinin iclasında iştirakını müsbət qiymətləndirirlər.
BAKI, 31 avqust — Sputnik. "Azərbaycanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə dialoqunun hər hansı bir formatda inkişafı bütün region üçün hiss olunan effekt verə bilər".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Öz tərəfimizdən Azərbaycan Baş Nazirinin Avrasiya İqtisadi İttifaqının hökumət sədrlərinin iclasında iştirakını müsbət qiymətləndiririk. Fikrimizcə, Bakı ilə Aİİ-nin əməkdaşlıq potensialı olduqca yüksəkdir. Biz bu cür əməkdaşlığın böyük perspektivini götürürük. Eləcə də, hesab edirik ki, bu əməkdaşlıq Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinin xeyrinə olacaq. Əminik ki, Azərbaycanla Aİİ arasında nəqliyyat sahəsində əməkdaşlığın dərinləşməsi ölkələrimiz arasında ticarət dövriyyəsini artırmağa və birgə infrastruktur layihələrinin həyata keçirilməsinə imkan verəcək", - deyə Rusiya XİN rəsmisi vurğulayıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycan Baş Naziri Əli Əsədov Qırğızıstanın Çolpon-Ata şəhərində qonaq qismində Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edib.
İclasda çıxış edən hökumət başçısı Azərbaycanın Avrasiya İqtisadi İttifaqına üzv olan demək olar ki, bütün ölkələrlə sıx əlaqələrə və iqtisadi əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb. O bildirib ki, bu münasibətlər ərazi bütövlüyünə qarşılıqlı hörmət, milli suverenlik və bir-birinin milli maraqlarının nəzərə alınması prinsiplərinə əsaslanır.