https://sputnik.az/20220831/qazprom-simal-axini-ile-avropaya-qaz-neqlini-tamamile-dayandirib-445533052.html
"Qazprom" "Şimal axını" ilə Avropaya qaz nəqlini tamamilə dayandırıb
"Qazprom" "Şimal axını" ilə Avropaya qaz nəqlini tamamilə dayandırıb
Sputnik Azərbaycan
Avropa 2022-ci il sentyabrın 3-ü, Moskva vaxtı ilə saat 04:00-a qədər "Şimal axını" ilə mavi yanacaq almayacaq. 31.08.2022, Sputnik Azərbaycan
2022-08-31T13:38+0400
2022-08-31T13:38+0400
2022-08-31T13:38+0400
qazprom
rusiya
"şimal axını-2"
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441557200_0:247:3084:1982_1920x0_80_0_0_d7f7d3b65229cd75aa8726de76937a3e.jpg
BAKI, 31 avqust — Sputnik. "Qazprom" "Şimal axını" qaz kəməri ilə Avropaya qaz nəqlini tamamilə dayandırıb. Bu barədə korporasiyanın "Telegram" kanalında məlumat verilib.Şirkətin məlumatında qeyd olunub ki, qaz nəqlinin dayandırılması "qaz kompressor qurğusunda planlaşdırılmış profilaktik işlər"lə əlaqədardır.Xatırladaq ki, "Qazprom" tərəfdaşlarına nasosun dayandırılması ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişdi. Verilən məlumata görə, Avropa 2022-ci il sentyabrın 3-ü, Moskva vaxtı ilə saat 04:00-a qədər "Şimal axını" ilə mavi yanacaq almayacaq.Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov deyib ki, o, "Şimal axını" qaz kəmərinin tamamilə bağlanmasını ehtimal etmir. Mütəxəssis bildirib ki, bu vəziyyət sonuncu işləyən turbinə texniki baxışdan sonra əhəmiyyətli zədələnmə aşkar edildikdə baş verə bilər.Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/1d/441557200_182:0:2913:2048_1920x0_80_0_0_b9071dad67ebe726055a9a5b1bbfd985.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qazprom, "şimal axını-2"
"Qazprom" "Şimal axını" ilə Avropaya qaz nəqlini tamamilə dayandırıb
Avropa 2022-ci il sentyabrın 3-ü, Moskva vaxtı ilə saat 04:00-a qədər "Şimal axını" ilə mavi yanacaq almayacaq.
BAKI, 31 avqust — Sputnik. "Qazprom" "Şimal axını" qaz kəməri ilə Avropaya qaz nəqlini tamamilə dayandırıb. Bu barədə korporasiyanın "Telegram" kanalında məlumat verilib.
Şirkətin məlumatında qeyd olunub ki, qaz nəqlinin dayandırılması "qaz kompressor qurğusunda planlaşdırılmış profilaktik işlər"lə əlaqədardır.
Xatırladaq ki, "Qazprom" tərəfdaşlarına nasosun dayandırılması ilə bağlı əvvəlcədən xəbərdarlıq etmişdi. Verilən məlumata görə, Avropa 2022-ci il sentyabrın 3-ü, Moskva vaxtı ilə saat 04:00-a qədər "Şimal axını" ilə mavi yanacaq almayacaq.
Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov deyib ki, o, "Şimal axını" qaz kəmərinin tamamilə bağlanmasını ehtimal etmir. Mütəxəssis bildirib ki, bu vəziyyət sonuncu işləyən turbinə texniki baxışdan sonra əhəmiyyətli zədələnmə aşkar edildikdə baş verə bilər.
Xatırladaq ki, Qərb ölkələri Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı bir neçə dəfə sanksiya paketləri tətbiq ediblər. Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir. O əlavə edib ki, cari hadisələr Qərbin həm siyasətdə, həm də iqtisadiyyatda qlobal hökmranlığının altından xətt çəkir.
RF Prezidentinin sözlərinə görə, Rusiya təcrid olunmaq niyyətində deyil, onu müasir dünyada sərt şəkildə təcrid etmək olmaz.