Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kremldən Ukrayna ərazilərini qaytaracağını vəd edən Zelenskiyə cavab

© AFP 2024 / ALEXANDER NEMENOVВид на Кремль
Вид на Кремль - Sputnik Azərbaycan, 1920, 31.08.2022
Abunə olmaq
Rusiya liderinin mətbuat katibi qeyd edib ki, xüsusi əməliyyat mövcud planlara uyğun olaraq davam edir.
BAKI, 31 avqust — Sputnik. Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Ukrayna ərazilərinin qaytarılacağını vəd edən və Rusiya hərbçilərini qaçmağa çağıran Ukrayna Prezidenti Vladimir Zelenskinin sözlərinə münasibət bildirib.
"Xüsusi hərbi əməliyyat davam edir, metodik şəkildə davam edir, mövcud planlara uyğun olaraq davam edir. Bütün məqsədlərə nail olunacaq", - deyə Kremlin sözçüsü bildirib. Bunu "RİA Novosti" Peskovun sözlərinə istinadən xəbər verir.
Xatırladaq ki, Zelenski avqustun 29-da bəyan edib ki, rus əsgərləri sağ qalmaq istəyirlərsə, o zaman qaçmalı və ya təslim olmalıdırlar.
Zelenski, həmçinin, bəyan edib ki, Ukrayna ilə Rusiya arasında ərazilər qaytarılmadan barışıq əldə edilməsi yalnız Moskvanın möhlət almasına gətirib çıxaracaq və münaqişə daha uzun sürəcək. Ukrayna lideri hesab edir ki, atəşkəs olacağı təqdirdə Rusiya "iki-üç illik fasilədən sonra daha iki bölgəni ələ keçirəcək" və sonra hər şeyi yenidən təkrarlayacaq.
Xəbər lenti
0