https://sputnik.az/20220831/erdoganin-krimla-bagli-movqeyi-turkiye-rusiya-emekdasligina-mane-olmur---peskov-445556321.html
Ərdoğanın Krımla bağlı mövqeyi Türkiyə-Rusiya əməkdaşlığına mane olmur - Peskov
Ərdoğanın Krımla bağlı mövqeyi Türkiyə-Rusiya əməkdaşlığına mane olmur - Peskov
Sputnik Azərbaycan
Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, Ankara və Moskva əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı potensiala malikdir. 31.08.2022, Sputnik Azərbaycan
2022-08-31T21:20+0400
2022-08-31T21:20+0400
2022-08-31T21:20+0400
peskov
rusiya
krım
türkiyə
rəcəb tayyip ərdoğan
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445555196_0:0:3075:1731_1920x0_80_0_0_ad518f689df1eb99cdbb76563668ec37.jpg
BAKI, 31 avqust — Sputnik. Türkiyənin Krımla bağlı mövqeyi Moskva və Ankaranın qarşılıqlı əlaqələrinə mane olmur. Rusiya mediası xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.O bildirib ki, Rusiya Türkiyənin çətin vəziyyətləri həll etmək səylərini yüksək qiymətləndirir.Kremlin rəsmi nümayəndəsi xatırladıb ki, Türkiyə əvvəldən də bu məsələdə Rusiya ilə fikir ayrılığını bəyan edib.“Ancaq Krım Rusiyanın bir hissəsidir. Ərdoğanın dedikləri isə qeyri-mümkündür”, - deyə Rusiya liderinin mətbuat katibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynaya qaytarılması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən bildirib.“Bu, bizim üçün əlverişli olan məqamda Türkiyə ilə qarşılıqlı əlaqəyə mane olmur. Biz Türkiyənin taxılla bağlı məsələdə olduğu kimi çətin vəziyyətləri aradan qaldırmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Bizim üçün faydalı olan yerdə ünsiyyət qurmuşuq və gələcəkdə də quracayıq”, - deyə Peskov əlavə edib.Rusiya Prezidentinin sözçüsü onu da qeyd edib ki, Ankara və Moskva “qarşılıqlı əlaqələri dərinləşdirmək üçün çox yaxşı potensiala malikdir”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/1f/445555196_208:0:2939:2048_1920x0_80_0_0_a5c184f77bd687a9c1ef8f3de26f0a92.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
peskov, krım, türkiyə, rəcəb tayyip ərdoğan
peskov, krım, türkiyə, rəcəb tayyip ərdoğan
Ərdoğanın Krımla bağlı mövqeyi Türkiyə-Rusiya əməkdaşlığına mane olmur - Peskov
Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, Ankara və Moskva əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı potensiala malikdir.
BAKI, 31 avqust — Sputnik. Türkiyənin Krımla bağlı mövqeyi Moskva və Ankaranın qarşılıqlı əlaqələrinə mane olmur. Rusiya mediası xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Rusiya Türkiyənin çətin vəziyyətləri həll etmək səylərini yüksək qiymətləndirir.
Kremlin rəsmi nümayəndəsi xatırladıb ki, Türkiyə əvvəldən də bu məsələdə Rusiya ilə fikir ayrılığını bəyan edib.
“Ancaq Krım Rusiyanın bir hissəsidir. Ərdoğanın dedikləri isə qeyri-mümkündür”, - deyə Rusiya liderinin mətbuat katibi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynaya qaytarılması ilə bağlı verdiyi açıqlamaya münasibət bildirərkən bildirib.
“Bu, bizim üçün əlverişli olan məqamda Türkiyə ilə qarşılıqlı əlaqəyə mane olmur. Biz Türkiyənin taxılla bağlı məsələdə olduğu kimi çətin vəziyyətləri aradan qaldırmaq üçün göstərdiyi səyləri yüksək qiymətləndiririk. Bizim üçün faydalı olan yerdə ünsiyyət qurmuşuq və gələcəkdə də quracayıq”, - deyə Peskov əlavə edib.
Rusiya Prezidentinin sözçüsü onu da qeyd edib ki, Ankara və Moskva “qarşılıqlı əlaqələri dərinləşdirmək üçün çox yaxşı potensiala malikdir”.