Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putinin gizli zəfəri - Rusiyanın kənd təsərrüfatındakı vəziyyəti bu cür adlandırıblar

© Sputnik / Михаил Климентьев / Mediabanka keçidPutin
Putin - Sputnik Azərbaycan, 1920, 30.08.2022
Abunə olmaq
Rusiya prezidenti ölkəsini "kənd təsərrüfatının fövqəldövləti"nə çevirə bilib.
BAKI, 30 avqust — Sputnik. Rusiya prezidenti Vladimir Putin Rusiya aqrar-sənaye kompleksini tənəzzüldən çıxarıb, ölkəni "kənd təsərrüfatının fövqəldövləti"nə çevirə bilib. Bu barədə İtaliyanın "Corriere della Sera" nəşrində dərc olunmuş yazıda deyilir.
Məqalənin müəllifi Federiko Rampiniyə görə, 20-ci əsrin ikinci yarısında ABŞ-dan taxıl tədarükündən asılı olan Rusiya 2000-2018-ci illər arasında kənd-ərzaq məhsulları ixracını 16 dəfə artırıb.
© AP Photo / Efrem LukatskyBuğda yığımı, arxiv şəkli
Уборка пшеницы, фото из архива - Sputnik Azərbaycan, 1920, 30.08.2022
Buğda yığımı, arxiv şəkli
Hazırda rusiyalı fermerlər ABŞ-dan daha çox taxıl becərirlər. Bu göstəriciyə görə Rusiya Federasiyası dünyada Çin və Hindistandan sonra üçüncü yeri tutur.
Cari ilin sonuna qədər Rusiyada taxıl ixracının həcminin əvvəlki ilin səviyyəsini aşacağı gözlənilir.
"Kənd təsərrüfatı Putinin gizli zəfəridir", - deyə Rampini bildirib.
Daha əvvəldən məlum olub ki, 2022-ci ildə Rusiyada rekord buğda məhsulu gözlənilir.
Xəbər lenti
0