Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Kreml İrandan RF-ə pilotsuz təyyarələrin çatdırılması xəbərlərinə cavab verib

© Sputnik / Алексей Майшев / Mediabanka keçidKremlə mənzərə, arxiv şəkli
Kremlə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 30.08.2022
Xəbərlərə abunə olun
НовостиTelegram
Peskov İrandan Rusiyaya dronların çatdırılması ilə bağlı xəbərləri saxta adlandırıb
BAKI, 30 avqust — Sputnik. "The Washington Post" qəzeti son vaxtlar çox saxta xəbər dərc edir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kremlin rəsmi nümayəndəsi ABŞ nəşrinin Tehranın guya Moskvaya pilotsuz təyyarələrin ilk partiyasını göndərməsi ilə bağlı məlumatına reaksiya verərkən bunu deyib.
O bildirib ki, "Washington Post" qəzeti təəssüf ki, son vaxtlar çox sayda feyk xəbərlər dərc edir.
Rusiya liderinin mətbuat katibi Rusiyanın İranla münasibətlərinin dinamik şəkildə inkişaf etdiyini və gələcəkdə də inkişaf edəcəyini qeyd edib.
Bu yaxınlarda Ağ Ev Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyat zamanı istifadə üçün pilotsuz uçuş aparatları alması ilə bağlı İranla danışıqları davam etdirdiyini açıqlayıb. İran tərəfinin Rusiyaya sürətli şəkildə bir neçə yüz PUA tədarük etmək planları barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.
Xəbər lenti
0