Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakıda yeddi müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edilib

© Photo : Baku Transport AgencyAvtobus
Avtobus - Sputnik Azərbaycan, 1920, 30.08.2022
Abunə olmaq
Müsabiqədə iştirak etmək istəyənlər Bakı Nəqliyyat Agentliyinə müraciət edə bilərlər
BAKI, 30 avqust — Sputnik. Bakı Nəqliyyat Agentliyi 5-i mövcud, 2-si isə yeni təşkil olunmaqla, ümumilikdə 7 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.
Bu barədə "Report"a qurumdan bildirilib.
Məlumata görə, daxil olan vətəndaş müraciətləri əsasında 104, 161, 163, 166 və 189 nömrəli müntəzəm marşrut xətləri üzrə təhlillər aparılıb. Sərnişindaşımaların vəziyyəti qənaətbəxş hesab edilmədiyindən onlar müsabiqəyə çıxarılıb.
Eyni zamanda vətəndaşların gedişlərinin sadələşdirilməsi və sərnişin tələbatı nəzərə alınaraq metronun "Xalqlar Dostluğu" stansiyasını "Binə" Ticarət Mərkəzi ilə əlaqələndirən E1 və "Sədərək" Ticarət Mərkəzi ilə əlaqələndirən E2 nömrəli yeni sürətli rejimdə müntəzəm marşrutlar yaradılaraq istismara verilməsi də qərara alınıb.
Qeyd edək ki, müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına" uyğun keçiriləcək.
Müsabiqədə iştirak etmək istəyənlər agentliyə müraciət edə bilərlər.
Xəbər lenti
0