Ukrayna ilə sərhədə yaxın magistralda Rusiya hərbi texnikası koloniyası - Sputnik Azərbaycan, 1920, 28.02.2022
RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
Rusiya Prezidenti Vladimir Putin 2022-ci il fevralın 24-də rusiyalılara müraciətdə "Donbasda xüsusi əməliyyat keçirilməsi" barədə qərar qəbul etdiyini bildirib.

Ukrayna Silahlı Qüvvələri Zaporojye AES-ə pilotsuz təyyarə ilə hücuma cəhd edib

© Sputnik / Константин Михальчевский / Mediabanka keçidZaporojye AES
Zaporojye AES - Sputnik Azərbaycan, 1920, 29.08.2022
Abunə olmaq
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, Amerika istehsalı olan hücum pilotsuz uçuş aparatı nüvə yanacağı və bərk radioaktiv tullantılar saxlanan 1 nömrəli xüsusi binaya yaxınlaşarkən vurulub.
BAKI, 29 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələri Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında yerləşən nüvə tullantıları olan binaya pilotsuz təyyarə ilə hücuma cəhd edib. Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov məlumat verib.
"Avqustun 28-də Ukrayna qoşunları AES ərazisinə hücum etmək üçün pilotsuz uçuş aparatından istifadə edib. Ukraynaya məxsus Amerika istehsalı olan hücum pilotsuz uçuş aparatı nüvə yanacağı və bərk radioaktiv tullantılar saxlanan 1 nömrəli xüsusi binaya yaxınlaşarkən atıcı silahlardan atəşlə vurulub", - deyə o bildirib.
Konaşenkovun sözlərinə görə, Rusiya hərbçiləri tərəfindən vurulan pilotsuz təyyarə 1 saylı xüsusi korpusun damına düşüb. Ciddi dağıntıların və tələfatın qarşısı alınıb. "Zaporojye AES-in texniki personalı onun texniki vəziyyətinə və fasiləsiz işləməsinə nəzarəti davam etdirir.
Ukraynada nə baş verir?
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. RF Prezidenti Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib.
Onun sözlərinə görə, bunun üçün "Ukraynanın demilitarizasiyası və denasifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, Silahlı Qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirir.
Xəbər lenti
0