https://sputnik.az/20220829/rusiya-xn-olkeleri-bu-senedi-imzalamaga-cagirdi-445456654.html
Rusiya XİN ölkələri bu sənədi imzalamağa çağırdı
Rusiya XİN ölkələri bu sənədi imzalamağa çağırdı
Sputnik Azərbaycan
Nazirlik qeyd edib ki, bu müqavilə nüvə sınaqlarına son qoymaq üçün əsas alətdir, lakin 1996-cı ildə qəbul edilmiş sənəd qüvvəyə minməyib. 29.08.2022, Sputnik Azərbaycan
2022-08-29T12:00+0400
2022-08-29T12:00+0400
2022-08-29T12:00+0400
rusiya xin
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/05/17/442169395_0:0:3267:1839_1920x0_80_0_0_9cbc3110faf4ad9f89c26dd14f9cd81f.jpg
BAKI, 29 avqust — Sputnik. Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini (PTBT) ratifikasiya etmiş dövlətlər arasında ABŞ-ın olmamasından narahatdır və hələ bunu etməmiş ölkələri sənədi imzalamağa və ratifikasiya etməyə çağırır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Sınaqlarına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə "VKontakte" sosial şəbəkəsindəki hesabında dərc olunmuş müraciətində deyilir.Nazirlik qeyd edib ki, bu müqavilə nüvə sınaqlarına son qoymaq üçün əsas alətdir, lakin 1996-cı ildə qəbul edilmiş sənəd qüvvəyə minməyib. "Bu mühüm sənədi ratifikasiya etməkdən imtina etməyə davam edən ölkələr arasında dünyanın ən böyük nüvə güclərindən birinin - ABŞ-ın da olması dərin narahatlıq doğurmaqda davam edir. Baxmayaraq ki, bütün nüvə dövlətləri Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə uyğun olaraq və ya "qeyri-rəsmi" nüvə dövlətləri klubunun üzvləri nüvə sınaqlarına birtərəfli moratorium tətbiq etdilər, bu formada sınaqlardan könüllü imtina kifayət deyil."Rusiya ardıcıl olaraq bu müqavilənin tamhüquqlu beynəlxalq hüquqi mexanizmə çevrilməsinin tərəfdarıdır. Biz mütəmadi olaraq bunu etməmiş bütün dövlətləri müqaviləni dərhal imzalamağa və ratifikasiya etməyə çağırırıq", - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.PTBT nüvə silahlarının sınaq partlayışlarını, eləcə də dinc məqsədlər üçün nüvə partlayışlarını qadağan edir. Qadağa bütün sferalara (atmosferdə, kosmosda, su altında və yeraltında) aiddir, mütləq və əhatəlidir. İndi müqavilə 173 dövlət tərəfindən ratifikasiya edilib, lakin ABŞ, Çin, Misir, İsrail və İran tərəfindən ratifikasiya olunmadığı və Hindistan, Pakistan və Şimali Koreya tərəfindən imzalanmadığı üçün qüvvəyə minməyib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/17/442169395_24:0:2755:2048_1920x0_80_0_0_f40a3a742238a4ebcf3be922c3dcefde.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya xin
Rusiya XİN ölkələri bu sənədi imzalamağa çağırdı
Nazirlik qeyd edib ki, bu müqavilə nüvə sınaqlarına son qoymaq üçün əsas alətdir, lakin 1996-cı ildə qəbul edilmiş sənəd qüvvəyə minməyib.
BAKI, 29 avqust — Sputnik. Rusiya Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsini (PTBT) ratifikasiya etmiş dövlətlər arasında ABŞ-ın olmamasından narahatdır və hələ bunu etməmiş ölkələri sənədi imzalamağa və ratifikasiya etməyə çağırır. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Nüvə Sınaqlarına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə "VKontakte" sosial şəbəkəsindəki hesabında dərc olunmuş müraciətində deyilir.
Nazirlik qeyd edib ki, bu müqavilə nüvə sınaqlarına son qoymaq üçün əsas alətdir, lakin 1996-cı ildə qəbul edilmiş sənəd qüvvəyə minməyib.
"Bu mühüm sənədi ratifikasiya etməkdən imtina etməyə davam edən ölkələr arasında dünyanın ən böyük nüvə güclərindən birinin - ABŞ-ın da olması dərin narahatlıq doğurmaqda davam edir. Baxmayaraq ki, bütün nüvə dövlətləri Nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə uyğun olaraq və ya "qeyri-rəsmi" nüvə dövlətləri klubunun üzvləri nüvə sınaqlarına birtərəfli moratorium tətbiq etdilər, bu formada sınaqlardan könüllü imtina kifayət deyil.
"Rusiya ardıcıl olaraq bu müqavilənin tamhüquqlu beynəlxalq hüquqi mexanizmə çevrilməsinin tərəfdarıdır. Biz mütəmadi olaraq bunu etməmiş bütün dövlətləri müqaviləni dərhal imzalamağa və ratifikasiya etməyə çağırırıq", - Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.
PTBT nüvə silahlarının sınaq partlayışlarını, eləcə də dinc məqsədlər üçün nüvə partlayışlarını qadağan edir. Qadağa bütün sferalara (atmosferdə, kosmosda, su altında və yeraltında) aiddir, mütləq və əhatəlidir. İndi müqavilə 173 dövlət tərəfindən ratifikasiya edilib, lakin ABŞ, Çin, Misir, İsrail və İran tərəfindən ratifikasiya olunmadığı və Hindistan, Pakistan və Şimali Koreya tərəfindən imzalanmadığı üçün qüvvəyə minməyib.