Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Bakının bu prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidYol təmiri, arxiv şəkli
Yol təmiri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 29.08.2022
Abunə olmaq
Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi tövsiyə edib.
BAKI, 29 avqust — Sputnik. Sabah saat 08:00-dan saat 20:00–a qədər Bakının Yasamal rayonunun Tbilisi prospektində ("20 Yanvar" dairəsindən İzmir küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etməyi tövsiyə edib.
Xatırladaq ki, bundan əvvəl avqustun 27-si saat 08:00-dan avqustun 29-u saat 20:00–a qədər Bakının Yasamal rayonunun Tbilisi prospektində (Şəfayət Mehdiyev küçəsindən Abbasqulu Ağa Bakıxanov küçəsinə qədər olan hissədə) aparılmış təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılmışdı.
Xəbər lenti
0