https://sputnik.az/20220828/rusiya-silahli-quvvelerinin-sayi-hansi-sebebden-artirilib-445444843.html
Rusiya Silahlı Qüvvələrinin sayı hansı səbəbdən artırılıb
Rusiya Silahlı Qüvvələrinin sayı hansı səbəbdən artırılıb
Sputnik Azərbaycan
Rusiya daim xüsusi hərbi əməliyyat zonasında döyüş təşəbbüsünə sahibdir, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsini, NATO silahlarını uğurla məhv edir. 28.08.2022, Sputnik Azərbaycan
2022-08-28T10:28+0400
2022-08-28T10:28+0400
2022-08-28T10:28+0400
rusiya
rf-in donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı
silahlı qüvvələr
hərbçi
hərbi əməliyyat
ukrayna
https://cdnn1.img.sputnik.az/img/07e6/03/01/439717317_0:0:3072:1728_1920x0_80_0_0_cc2f882ba161a38114de49953249164e.jpg
Müqavilə əsasında xidmət göstərənlərin cəlb edilməsi hesabına Rusiya Silahlı Qüvvələrində hərbçilərin sayının 13% artırılması müasir çağırışlara və milli təhlükəsizliyə qarşı təhdidlərə cavab vermək üçün kifayət qədər zəruri tədbirdir. Bununla yanaşı, Ukraynada xüsusi hərbi əməliyyat Rusiya Silahlı Qüvvələrinin ştat sayının dəyişdirilməsində prinsipial və müəyyənedici amil deyil.Rusiya Prezidenti Vladimir Putin avqustun 25-də Silahlı Qüvvələrin sayının 2023-cü il yanvarın 1-dən 137 min nəfər hərbçi artırılması haqqında fərman imzalayıb (bu, əvvəlki sayın 13%-dən bir qədər çox - 1 013 628 hərbçi). Fərmanın icrası tarixi xüsusi hərbi əməliyyat və ya çağırış kampaniya layihəsi ilə bağlı deyil. Kremlin qərarı ani əməliyyat tapşırıqları ilə deyil, son beş ildə qlobal təhlükəsizliyin ümumi tənəzzülü (17 noyabr 2017-ci il tarixli fərmandan sonra) və bu çağırışa cavab verən peşəkar Rusiya Silahlı Qüvvələrinin inkişafı ilə bağlı olub. Əsas məqsəd Rusiyanın bütün ərazisində qoşunların yüksək döyüş sabitliyini və müdafiə qabiliyyətini təmin etməkdir.Peşəkar-müqavilə əsasında xidmət göstərənlərin cəlb edilməsi hesabına Rusiya ordusu və donanmasının sayının artması, lazım gələrsə, Avropa və ya Asiyada hər hansı strateji istiqamətlərdə qüvvələr balansını tez bir zamanda bərpa etməyə, xüsusi hərbi əməliyyatın coğrafi sərhədlərini dəyişdirməyə və ya xüsusi əməliyyatı antiterror əməliyyatına çevirməyə imkan verəcəkdir.Yəqin ki, payız referendumundan sonra Rusiya ordusunun Donbasda, Zaporojye və Xerson vilayətləri ərazisində mövcudluğu daimi (müddətsiz) olacaq. Azov və Qara dəniz regionunda milyonlarla Rusiya vətəndaşının etibarlı müdafiəsi üçün yeni hərbi hissələr və qarnizonlar yaratmalı olacağıq. İqtisadi və logistika baxımdan bu, asan məsələ deyil, Rusiyanın dövlət büdcəsinə əhəmiyyətli düzəlişlər tələb edir. (Krım təcrübəsi nikbinli özündə ruhlandırır).Hər halda, ordunun yüz mindən çox heç nəyi bacarmayan paqonlu gənclərə ehtiyacı yoxdur. Həyatının bütün illərini hərbi xidmətə həsr edə biləcək yüz min psixoloji cəhətdən sabit, fiziki cəhətdən hazırlıqlı və sosial motivasiyalı mütəxəssislər lazımdır. Hər il Rusiyada təxminən 240 min nəfər hərbi xidmətə çağırılır, bunlar sıravi əsgərlər və müəyyən təhsil almış ehtiyatda olan çavuşlardır. Onların bir çoxu 1 yanvar 2023-cü ildən boş iş yerlərində müqavilə əsasında hərbi xidmətini davam etdirə bilər. Arzu edənlər ciddi rəqabətli seçimdən keçməli olacaqlar.Pis mühitHər şey müqayisədə aydın olur. Varşava Polşa Ordusunun sayını iki dəfədən çox, yəni indiki 120 min nəfərdən 300 minə qədər çatdırmaq qərarına gəlib. Polşanın səfərbərlik xidmətinin rəhbəri qeyd edib ki, yaxın gələcəkdə Polşa ordusunda 250 min nəfər, daha 50 mini isə ərazi müdafiə qüvvələrində xidmət edəcək. Polşa ABŞ-da sifariş olunan 250 ədəd “Abrams” M1A2 tankını (SEPv3 versiyaları) gözləmədən 1000 Cənubi Koreya tanklarının (artım iki dəfədən çoxdur), haubitsalarının və təyyarələrin tədarükü üçün müqavilələr imzalayıb. Polşa ərazisində Amerikanın raketdən müdafiə sisteminin infrastrukturu inkişaf etdirilir.Rumıniya təcili olaraq möhkəmləndirilir, onun ərazisində 12,2 milyard dollar dəyəində bir neçə hərbi bazalar tikiləcək, ABŞ-ın “Patriot” zenit-raket sistemi və artıq yerləşdirilmiş xarici qoşunlara əlavə olaraq 5000 nəfərə qədər motoatıcı briqadalar hazırlıq vəziyyətə gətirilib. Şimali Atlantika alyansı Qara dəniz regionunda Rusiyanı “saxlamaqda” davam etmək niyyətindədir.2014-cü ildən etibarən ABŞ “Ukrayna layihəsi”nin nasistlərinin silahlanmasına görə 15,5 milyard dollar xərcləyib və yaxın gələcəkdə onlar Kiyev rejiminə 2,98 milyard dollar dəyərində yeni “xaki rəngi” adlı paketini vermək niyyətindədirlər. “Wall Street Journal” nəşrinin məlumatına görə, Ağ Ev yaxın gələcəkdə ABŞ-ın Ukraynaya hərbi yardım sahəsində bütün səylərini Amerikanın üç ulduzlu generalının komandanlığı altında vahid missiyada birləşdirmək niyyətindədir. Biz qlobal hökmranlığa nail olmaq üçün istehlak materialı kimi Ukraynanın və “Avropa Birləşmiş Ştatları”nın sürətlə istifadəsini görürük.Avqustun 18-də dörd B-52H strateji bombardmançıdan ibarət əməliyyat qrupu Şimali Dakotadan İngiltərəyə göndərilib. ABŞ missiyasının məqsədləri "bütün Avropada" qlobal güc nümayiş etdirməklə müttəfiqlərlə qarşılıqlı əlaqəni yaxşılaşdırmaqdan ibarətdir. 2019-cu ilin payızından bəri B-52H "strateqləri" faktiki olaraq daim Britaniyanın Fairford şəhərindədilər. Bundan əlavə, avqust ayında ABŞ “NATO-nun şərq cinahını gücləndirmək” üçün Polşaya 12 ədəd beşinci nəsil olan F-22 “Raptor” qırıcılarını göndərib.Amerikalılar bu gün İsveç və Finlandiya hesabına NATO-nu şərqə doğru genişləndirməklə Avropanın təhlükəsizlik sistemini sözün əsl mənasında məhv edirlər. Rusiya-Finlandiya sərhədinin uzunluğu 1270 km-dən çoxdur və Moskva bu hissəni bütün lazımi qüvvə və vasitələrlə, o cümlədən hücum təyyarələri, hava hücumundan müdafiə, raketdən müdafiə, hipersəs raket sistemləri ilə gücləndirməyə məcburdur. İsveçlilər və Finlər daim hədəf altında yaşamalı olacaqlar, lakin bu, onların "suveren" seçimidir.Kollektiv Qərb Moskvanın 2021-ci ilin dekabrında təklif etdiyi bərabər və bölünməz təhlükəsizlik prinsiplərini qəti şəkildə rədd edib, Rusiyanın ABŞ və NATO-ya qarşı ədalətli tələblərinə (alyansın genişləndirməkdən imtinası, Şərqi Avropa ölkələrindən xarici qoşunların və zərbə silahlarının geri qayitması) məhəl qoymayıb. Mart ayında təcili keçirilən sammitdə NATO-ya üzv olan ölkələrin müdafiə nazirləri Rusiyanı açıq şəkildə düşmən kimi tanıyaraq “tarixi qərar” qəbul ediblər. Strateji konsepsiya alyansın iyunda Madriddə keçirilən sammitində təsbit edilib.ABŞ-ın ukraynalı “hinduların” əli ilə Rusiya ilə uzun illər davam edən proksi müharibəsinə hazır olması amerikalılar və onların avropalı müttəfiqləri üçün yaxşı heç nə vəd etmir. Bu məsuliyyətsiz və düşüncəsiz kurs kollektiv Qərbə ciddi hərbi-siyasi və iqtisadi qisas zəmanəti verir. Almaniya və Fransa sərt təlatüm şəraitində artıq öz qoşunları üçün silah çatışmazlığını bəyan edərək, “Ramşteyn güzəştindən” uzaqlaşmağa çalışırlar.Digər tərəfdən, Rusiya daim xüsusi hərbi əməliyyat zonasında döyüş təşəbbüsünə sahibdir, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsini, NATO silahlarını uğurla məhv edir və Qərbin misli görünməmiş sanksiyalarına baxmayaraq, iqtisadiyyatın normal vəziyyətini qoruyub saxlayır. “Washington Post” qəzeti qeyd edir: “Ukraynadakı döyüşlər yalnız Rusiya cəmiyyətinin konsolidasiyasına kömək edib”.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/01/439717317_341:0:3072:2048_1920x0_80_0_0_581dcca76c3b71224c49cc5e5edbc834.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
rusiya, silahlı qüvvələr, hərbçi, hərbi əməliyyat, ukrayna
rusiya, silahlı qüvvələr, hərbçi, hərbi əməliyyat, ukrayna
Rusiya Silahlı Qüvvələrinin sayı hansı səbəbdən artırılıb
Rusiya daim xüsusi hərbi əməliyyat zonasında döyüş təşəbbüsünə sahibdir, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsini, NATO silahlarını uğurla məhv edir.
Müqavilə əsasında xidmət göstərənlərin cəlb edilməsi hesabına Rusiya Silahlı Qüvvələrində hərbçilərin sayının 13% artırılması müasir çağırışlara və milli təhlükəsizliyə qarşı təhdidlərə cavab vermək üçün kifayət qədər zəruri tədbirdir. Bununla yanaşı, Ukraynada xüsusi hərbi əməliyyat Rusiya Silahlı Qüvvələrinin ştat sayının dəyişdirilməsində prinsipial və müəyyənedici amil deyil.
Rusiya Prezidenti Vladimir Putin avqustun 25-də Silahlı Qüvvələrin sayının 2023-cü il yanvarın 1-dən 137 min nəfər hərbçi artırılması haqqında fərman imzalayıb (bu, əvvəlki sayın 13%-dən bir qədər çox - 1 013 628 hərbçi). Fərmanın icrası tarixi xüsusi hərbi əməliyyat və ya çağırış kampaniya layihəsi ilə bağlı deyil. Kremlin qərarı ani əməliyyat tapşırıqları ilə deyil, son beş ildə qlobal təhlükəsizliyin ümumi tənəzzülü (17 noyabr 2017-ci il tarixli fərmandan sonra) və bu çağırışa cavab verən peşəkar Rusiya Silahlı Qüvvələrinin inkişafı ilə bağlı olub. Əsas məqsəd Rusiyanın bütün ərazisində qoşunların yüksək döyüş sabitliyini və müdafiə qabiliyyətini təmin etməkdir.
Peşəkar-müqavilə əsasında xidmət göstərənlərin cəlb edilməsi hesabına Rusiya ordusu və donanmasının sayının artması, lazım gələrsə, Avropa və ya Asiyada hər hansı strateji istiqamətlərdə qüvvələr balansını tez bir zamanda bərpa etməyə, xüsusi hərbi əməliyyatın coğrafi sərhədlərini dəyişdirməyə və ya xüsusi əməliyyatı antiterror əməliyyatına çevirməyə imkan verəcəkdir.
Yəqin ki, payız referendumundan sonra Rusiya ordusunun Donbasda, Zaporojye və Xerson vilayətləri ərazisində mövcudluğu daimi (müddətsiz) olacaq. Azov və Qara dəniz regionunda milyonlarla Rusiya vətəndaşının etibarlı müdafiəsi üçün yeni hərbi hissələr və qarnizonlar yaratmalı olacağıq. İqtisadi və logistika baxımdan bu, asan məsələ deyil, Rusiyanın dövlət büdcəsinə əhəmiyyətli düzəlişlər tələb edir. (Krım təcrübəsi nikbinli özündə ruhlandırır).
Hər halda, ordunun yüz mindən çox heç nəyi bacarmayan paqonlu gənclərə ehtiyacı yoxdur. Həyatının bütün illərini hərbi xidmətə həsr edə biləcək yüz min psixoloji cəhətdən sabit, fiziki cəhətdən hazırlıqlı və sosial motivasiyalı mütəxəssislər lazımdır. Hər il Rusiyada təxminən 240 min nəfər hərbi xidmətə çağırılır, bunlar sıravi əsgərlər və müəyyən təhsil almış ehtiyatda olan çavuşlardır. Onların bir çoxu 1 yanvar 2023-cü ildən boş iş yerlərində müqavilə əsasında hərbi xidmətini davam etdirə bilər. Arzu edənlər ciddi rəqabətli seçimdən keçməli olacaqlar.
Hər şey müqayisədə aydın olur. Varşava Polşa Ordusunun sayını iki dəfədən çox, yəni indiki 120 min nəfərdən 300 minə qədər çatdırmaq qərarına gəlib. Polşanın səfərbərlik xidmətinin rəhbəri qeyd edib ki, yaxın gələcəkdə Polşa ordusunda 250 min nəfər, daha 50 mini isə ərazi müdafiə qüvvələrində xidmət edəcək. Polşa ABŞ-da sifariş olunan 250 ədəd “Abrams” M1A2 tankını (SEPv3 versiyaları) gözləmədən 1000 Cənubi Koreya tanklarının (artım iki dəfədən çoxdur), haubitsalarının və təyyarələrin tədarükü üçün müqavilələr imzalayıb. Polşa ərazisində Amerikanın raketdən müdafiə sisteminin infrastrukturu inkişaf etdirilir.
Rumıniya təcili olaraq möhkəmləndirilir, onun ərazisində 12,2 milyard dollar dəyəində bir neçə hərbi bazalar tikiləcək, ABŞ-ın “Patriot” zenit-raket sistemi və artıq yerləşdirilmiş xarici qoşunlara əlavə olaraq 5000 nəfərə qədər motoatıcı briqadalar hazırlıq vəziyyətə gətirilib. Şimali Atlantika alyansı Qara dəniz regionunda Rusiyanı “saxlamaqda” davam etmək niyyətindədir.
2014-cü ildən etibarən ABŞ “Ukrayna layihəsi”nin nasistlərinin silahlanmasına görə 15,5 milyard dollar xərcləyib və yaxın gələcəkdə onlar Kiyev rejiminə 2,98 milyard dollar dəyərində yeni “xaki rəngi” adlı paketini vermək niyyətindədirlər. “Wall Street Journal” nəşrinin məlumatına görə, Ağ Ev yaxın gələcəkdə ABŞ-ın Ukraynaya hərbi yardım sahəsində bütün səylərini Amerikanın üç ulduzlu generalının komandanlığı altında vahid missiyada birləşdirmək niyyətindədir. Biz qlobal hökmranlığa nail olmaq üçün istehlak materialı kimi Ukraynanın və “Avropa Birləşmiş Ştatları”nın sürətlə istifadəsini görürük.
Avqustun 18-də dörd B-52H strateji bombardmançıdan ibarət əməliyyat qrupu Şimali Dakotadan İngiltərəyə göndərilib. ABŞ missiyasının məqsədləri "bütün Avropada" qlobal güc nümayiş etdirməklə müttəfiqlərlə qarşılıqlı əlaqəni yaxşılaşdırmaqdan ibarətdir. 2019-cu ilin payızından bəri B-52H "strateqləri" faktiki olaraq daim Britaniyanın Fairford şəhərindədilər. Bundan əlavə, avqust ayında ABŞ “NATO-nun şərq cinahını gücləndirmək” üçün Polşaya 12 ədəd beşinci nəsil olan F-22 “Raptor” qırıcılarını göndərib.
Amerikalılar bu gün İsveç və Finlandiya hesabına NATO-nu şərqə doğru genişləndirməklə Avropanın təhlükəsizlik sistemini sözün əsl mənasında məhv edirlər. Rusiya-Finlandiya sərhədinin uzunluğu 1270 km-dən çoxdur və Moskva bu hissəni bütün lazımi qüvvə və vasitələrlə, o cümlədən hücum təyyarələri, hava hücumundan müdafiə, raketdən müdafiə, hipersəs raket sistemləri ilə gücləndirməyə məcburdur. İsveçlilər və Finlər daim hədəf altında yaşamalı olacaqlar, lakin bu, onların "suveren" seçimidir.
Kollektiv Qərb Moskvanın 2021-ci ilin dekabrında təklif etdiyi bərabər və bölünməz təhlükəsizlik prinsiplərini qəti şəkildə rədd edib, Rusiyanın ABŞ və NATO-ya qarşı ədalətli tələblərinə (alyansın genişləndirməkdən imtinası, Şərqi Avropa ölkələrindən xarici qoşunların və zərbə silahlarının geri qayitması) məhəl qoymayıb. Mart ayında təcili keçirilən sammitdə NATO-ya üzv olan ölkələrin müdafiə nazirləri Rusiyanı açıq şəkildə düşmən kimi tanıyaraq “tarixi qərar” qəbul ediblər. Strateji konsepsiya alyansın iyunda Madriddə keçirilən sammitində təsbit edilib.
ABŞ-ın ukraynalı “hinduların” əli ilə Rusiya ilə uzun illər davam edən proksi müharibəsinə hazır olması amerikalılar və onların avropalı müttəfiqləri üçün yaxşı heç nə vəd etmir. Bu məsuliyyətsiz və düşüncəsiz kurs kollektiv Qərbə ciddi hərbi-siyasi və iqtisadi qisas zəmanəti verir. Almaniya və Fransa sərt təlatüm şəraitində artıq öz qoşunları üçün silah çatışmazlığını bəyan edərək, “Ramşteyn güzəştindən” uzaqlaşmağa çalışırlar.
Digər tərəfdən, Rusiya daim xüsusi hərbi əməliyyat zonasında döyüş təşəbbüsünə sahibdir, Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsini, NATO silahlarını uğurla məhv edir və Qərbin misli görünməmiş sanksiyalarına baxmayaraq, iqtisadiyyatın normal vəziyyətini qoruyub saxlayır. “Washington Post” qəzeti qeyd edir: “Ukraynadakı döyüşlər yalnız Rusiya cəmiyyətinin konsolidasiyasına kömək edib”.