QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Laçın şəhərində hərbi polisin xidməti fəaliyyəti təşkil edilib - VİDEO

© AR Ministry of DefenceAzərbaycan Respublikası Müdafiə Nazirliyinin binası
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası - Sputnik Azərbaycan, 1920, 28.08.2022
Abunə olmaq
Laçın şəhəri, Laçın rayonunun Zabux və Sus kəndləri avqustun 26-dan etibarən Azərbaycan Respublikasının nəzarətinə keçib.
BAKI, 28 avqust — Sputnik. Azərbaycan Ordusunun hərbi polis bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərində xidməti fəaliyyəti təşkil edilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, qeyd olunan ərazilərdə hərbi polis tərəfindən təhlükəsizlik fəaliyyətləri həyata keçirilir.
Nəzarət-buraxılış məntəqələrində patrul xidməti həyata keçirilir, obyektlər mühafizə olunur, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir, həmçinin kolonların təhlükəsizliyi məqsədilə onlar müşayiət edilir.
Bundan əlavə hərbi polisin tabeliyində fəaliyyət göstərən Kinologiya Mərkəzində xüsusi təlim keçmiş cins itlərinin cəlb edilməsilə ərazidə mina axtarış tədbirləri və qarovul xidmətinin təşkili həyata keçirilir.
Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 26.08.2022
SİYASƏT
Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı - video
Xəbər lenti
0