QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezidentin köməkçisi iki il əvvəlki olayları izah etdi

© Sputnik / Mediabanka keçidXankəndi
Xankəndi - Sputnik Azərbaycan, 1920, 27.08.2022
Abunə olmaq
Hikmət Hacıyev: “Azərbaycan müharibə dövründə Xankəndiyə girməyə çox yaxın idi, ancaq biz bunu etmədik”
BAKI, 27 avqust - Sputnik. “Azərbaycan müharibə dövründə Xankəndiyə girməyə çox yaxın idi, ancaq biz bunu etmədik. Əlbəttə, hərbi cəhətdən çox çətin qərar idi, ancaq bu, bizim üçün həm də mənəvi məsələ idi. Biz Xankəndidə mülki əhalinin ölümünü görmək istəmədik. Bu, insani məsələ idi”.
APA xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Şuşada keçirilən beynəlxalq konfransda deyib.
Hikmət Hacıyev bildirib ki, Qarabağ artıq Azərbaycanın xarici siyasət məsələsi deyil: “Bu məsələ artıq həll olunub və ATƏT-in Minsk qrupu tarixin keçmişinə gömülüb. Bu məsələ bizim üçün artıq bitib, biz indi sivil əlaqələrin qurulmasını istəyirik”.
Şuşa, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.08.2022
QARABAĞ
Şuşada beynəlxalq konfrans keçirilib
Xəbər lenti
0