QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Laçında Təcili Tibbi Yardım briqadaları fəaliyyətə başlayıb

© Official website of President of Azerbaijan RepublicTəcili Tibbi Yardım avtomobilləri, arxiv şəkli
Təcili Tibbi Yardım avtomobilləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.08.2022
Abunə olmaq
Avqustun 26-dan etibarən Laçın şəhərin Azərbaycan Respublikasının nəzarətinə keçib.
BAKI, 27 avqust — Sputnik. Laçında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım briqadaları fəaliyyətə başlayıb.
TƏBİB-dən verilən xəbərə görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının sağlamlıqlarının nəzarətdə saxlanılması üçün Müdafiə Nazirliyi TƏBİB-ə müraciət edib.
Müraciət əsasında TƏBİB-in tabeliyində olan Təcili Təxirəsalınmaz Tibbi Yardım (TTTY) Stansiyasının “113” dispetçer mərkəzinin və Xocavənd Rayon Mərkəzi Xəstəxanasının Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşlarından ibarət iki TTTY həkim briqadası Laçında fəaliyyət göstərməyə başlayıb.
Azərbaycan bayrağı - Sputnik Azərbaycan, 1920, 26.08.2022
SİYASƏT
Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı - video
Xəbər lenti
0