https://sputnik.az/20220826/bmt-olkelerinin-yalniz-28-i-ukrayna-ile-bagli-rusiya-eleyhine-beyanata-qosulub-445360275.html
BMT ölkələrinin yalnız 28%-i Ukrayna ilə bağlı Rusiya əleyhinə bəyanata qoşulub
BMT ölkələrinin yalnız 28%-i Ukrayna ilə bağlı Rusiya əleyhinə bəyanata qoşulub
Sputnik Azərbaycan
Ukrayna ilə bağlı Rusiya əleyhinə bəyanata BMT-yə üzv olan 193 ölkədən yalnız 54-ü imza atıb. 26.08.2022, Sputnik Azərbaycan
2022-08-26T08:41+0400
2022-08-26T08:41+0400
2022-08-26T08:41+0400
bmt
rusiya
rusiya prezidenti vladimir putin
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1208_1920x0_80_0_0_d70294743aa48e506e7db197ab644e92.jpg
BAKI, 26 avqust — Sputnik. Çərşənbə günü BMT-nin mənzil-qərargahında Ukraynadakı vəziyyətlə bağlı Rusiya əleyhinə bəyanat səsləndirilib. Bəyanata təşkilata üzv ölkələrin üçdə birindən az hissəsi qoşulub. Bunu "RİA Novosti" xəbər verir.BMT-yə 193 ölkə daxildir. Onlardan yalnız 54-ü bu bəyanatı imzalayıb. Onların sırasına Birləşmiş Ştatlar, Böyük Britaniya, Albaniya, Avstraliya, Kanada, Çexiya, Gürcüstan, Fransa, Yaponiya, Latviya, Litva, İtaliya, İspaniya və Ukraynanın özü daxildir. Bəyanatı Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa oxuyub.Bu dövlətlər Rusiyanın xüsusi hərbi əməliyyatını dayandırmamasından təəssüfləndiklərini bildiriblər. Onlar Rusiyanın Ukrayna ərazisinə vurduğu raket zərbələrini pisləyiblər."Biz Ukraynanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiqik", — deyə Kislitsa bəyanatını səsləndirib.Bəyanat müəllifləri Rusiyanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar.Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. Bunun üçün onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, silahlı qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirib və birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər – onlar Ukraynanın döyüş potensialını xeyli azaldıblar. Rusiya hərbi idarəsində əsas məqsəd Donbasın azad edilməsi adlandırılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/11/437323904_0:0:2145:1610_1920x0_80_0_0_3aaf8b468609074205b24c31bcde9a12.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
bmt, rusiya prezidenti vladimir putin
bmt, rusiya prezidenti vladimir putin
BMT ölkələrinin yalnız 28%-i Ukrayna ilə bağlı Rusiya əleyhinə bəyanata qoşulub
Ukrayna ilə bağlı Rusiya əleyhinə bəyanata BMT-yə üzv olan 193 ölkədən yalnız 54-ü imza atıb.
BAKI, 26 avqust — Sputnik. Çərşənbə günü BMT-nin mənzil-qərargahında Ukraynadakı vəziyyətlə bağlı Rusiya əleyhinə bəyanat səsləndirilib. Bəyanata təşkilata üzv ölkələrin üçdə birindən az hissəsi qoşulub. Bunu "RİA Novosti" xəbər verir.
BMT-yə 193 ölkə daxildir. Onlardan yalnız 54-ü bu bəyanatı imzalayıb. Onların sırasına Birləşmiş Ştatlar, Böyük Britaniya, Albaniya, Avstraliya, Kanada, Çexiya, Gürcüstan, Fransa, Yaponiya, Latviya, Litva, İtaliya, İspaniya və Ukraynanın özü daxildir. Bəyanatı Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa oxuyub.
Bu dövlətlər Rusiyanın xüsusi hərbi əməliyyatını dayandırmamasından təəssüfləndiklərini bildiriblər. Onlar Rusiyanın Ukrayna ərazisinə vurduğu raket zərbələrini pisləyiblər.
"Biz Ukraynanın beynəlxalq aləmdə tanınmış sərhədləri çərçivəsində suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiqik", — deyə Kislitsa bəyanatını səsləndirib.
Bəyanat müəllifləri Rusiyanı hərbi əməliyyatları dərhal dayandırmağa çağırıblar.
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. Bunun üçün onun sözlərinə görə, "Ukraynanın demilitarizasiyası və denazifikasiyası"nın həyata keçirilməsi, Donbasda "mülki əhaliyə qarşı qanlı cinayətlərə" cavabdeh olan bütün hərbi cinayətkarların məsuliyyətə cəlb edilməsi planlaşdırılır.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, silahlı qüvvələr yalnız hərbi infrastruktura və Ukrayna qoşunlarına zərbələr endirib və birinci mərhələnin əsas tapşırıqlarını yerinə yetiriblər – onlar Ukraynanın döyüş potensialını xeyli azaldıblar. Rusiya hərbi idarəsində əsas məqsəd Donbasın azad edilməsi adlandırılıb.